azadses.az » Hadisə » İki sosial xidmət müəssisəsində çatışmazlıqlar aşkarlanıb

İki sosial xidmət müəssisəsində çatışmazlıqlar aşkarlanıb

Ombudsman Aparatı iki sosial xidmət müəssisəsində çatışmazlıqlar aşkarlayıb.

“Report” xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən keçirilən monitorinq zamanı ahıllar üçün yaradılmış şəraitin müyəssərliyi, qidalanma, sosial-məişət və tibbi xidmətlərə çıxış imkanları, habelə asudə vaxtlarının səmərəli təşkili məsələləri araşdırılıb, yaşayış yerlərinə baxış keçirilib. Əvvəlki monitorinqlər və başçəkmələrdə müəyyən olunan nöqsanların bir çoxunun həll olunması müşahidə edilsə də, müəyyən problemlərin mövcudluğu aktual olaraq qalır.

Bundan öncə müəssisədə ahıllara xidmət göstərən personalın çatışmaması, ştat cədvəli üzrə sosial xidmətçi vəzifəsində vakant yerlərin olması faktı aşkarlanıb. Məsələ müəssisənin rəhbərliyi qarşısında qaldırılmış və bir çox vakant yerə işçi qüvvəsi cəlb olunmuş, ahıllara həm gündüz, həm də gecə saatlarında qulluqla bağlı problem aradan qaldırılıb.

Bununla belə, müəssisənin ştat cədvəlinə uyğun olaraq, Sosial xidmətin təşkili şöbəsində 9 iş yeri, habelə bir psixoloq və iki həkim-terapevt vəzifələri vakant olaraq qalır. Bu səbəbdən ahılların sosial-psixoloji reabilitasiyasına yönəlmiş tədbirlərin, həmçinin tibbi müayinələrin az hallarda həyata keçirildiyi müşahidə edilib.

Həmin müəssisədə ümumi vəziyyətin qənaətbəxş olduğu, lakin yataq xəstələri olan otaqlarda siqnal düymələrinin olmadığı, otaqların qapılarının bəzilərinin nasaz olduğu, bəzi otaqlarda süni işıqlandırmanın ümumi qəbul olunmuş texniki normalara uyğun gəlmədiyi, avadanlığın yenilənməsinə və müəssisənin əsaslı təmirə ehtiyacı olduğu müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Göygöl rayonundakı 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə başçəkmə zamanı ümumilikdə qeydə alınan 122 nəfər sakinin 10 nəfərinin ahıl şəxs olduğu, Gəncə şəhərindəki 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində isə ümumilikdə qeydə alınan 103 nəfər sakinin 6 nəfərinin ahıl şəxs olduğu müəyyən olunub.

Hər iki müəssisədə keçirilən başçəkmələr zamanı bir sıra çatışmazlıqlar aşkar edilib, o cümlədən müəssisələrin profilinə uyğun olaraq sakinlərə keyfiyyətli sosial və tibbi xidmətlərin göstərilməsi üçün zəruri olan bir neçə vəzifənin vakant olması nəzərə alınaraq, məsələnin həlli ilə bağlı müvafiq nazirlik qarşında məsələ qaldırılıb.

Ümumilikdə, ahılların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısının alınması, ehtiyacı olan ahıllara sosial xidmətin göstərilməsi səviyyəsinin artırılması məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib