25 yaşlı qadın dəm qazından zəhərləndi
![25 yaşlı qadın dəm qazından zəhərləndi](/uploads/posts/2022-12/1638385955_news_20190312035356-2-1.jpg)
Qaxda 25 yaşlı qadın dəm qazından zəhərlənib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Ş.İ.Xətai küçəsindəki yaşayış evlərinin birində baş verib.
Belə ki, həmin mənzildə yaşayan 1997-ci il təvəllüdlü Musayeva Aytac dəm qazından zəhərlənib.
O, Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiyaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.