Главная > Hadisə / Manset > 25 yaşlı qadın dəm qazından zəhərləndi

25 yaşlı qadın dəm qazından zəhərləndi


28-12-2022, 08:57. Разместил: admin
25 yaşlı qadın dəm qazından zəhərləndi

Qaxda 25 yaşlı qadın dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Ş.İ.Xətai küçəsindəki yaşayış evlərinin birində baş verib.

Belə ki, həmin mənzildə yaşayan 1997-ci il təvəllüdlü Musayeva Aytac dəm qazından zəhərlənib.

O, Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiyaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Вернуться назад