azadses.az » Hadisə » Azərbaycanlı aktyoru Türkiyədə ölümə aparan SƏBƏB: Dostundan AÇIQLAMA

Azərbaycanlı aktyoru Türkiyədə ölümə aparan SƏBƏB: Dostundan AÇIQLAMA

Ötən gün İstanbulun Fatih bölgəsində iki qrup arasında silahlı insident nəticəsində biri polis olmaqla, yeddi nəfər yaralanıb və yaralananlar arasında Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub.

Baş nahiyəsindən güllə yarası alan K.Dadaşzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Kamran Dadaşzadənin dostu, İsveçdə yaşayan yazıçı Elçin Aslangil Bizim.Media ilə mərhum aktyorla bağlı sarsıntılarını bölüşüb:

“Onunla 2017-ci ildə İstanbulda tanış olmuşduq. Eyni bir tamaşada rol almalı idik. Birgə məşqimiz zamanı onun necə istedadlı olduğunu gördüm, dostluğumuz yarandı. Həqiqətən, o, çox istedadlı bir aktyor idi, çox gözəl səhnə plastikası vardı”.

Kamranın iş dalınca Türkiyəyə yollanmasına gəlincə isə Aslangil bunu yerli teatrlardakı problemlərlə əlaqələndirib:

“Bu Azərbaycan teatrının problemidir ki, orada müəyyən insanlar tərəfindən istedadlı aktyorlar incidilir və ya arxa plana keçirilir. Xüsusilə də teatrda aldığı məbləğin az olduğu üçün Kamran Dadaşzadə İstanbula üz tutdu. O, öz Vətənini çox sevirdi, əgər normal işi olsaydı, bu dəhşətli faciə də baş verməzdi”.

Kamranın Türkiyədəki karyerası haqqında da fikir bildirən sənət dostu onun bəzən işsiz qaldığı məqamlara da diqqət çəkib:

“Kamran elə də rahat həyat yaşamayıb. Oradakı fəaliyyəti müddətində bəzən seriallara çəkilir, bəzən də işsiz qalırdı. Seriallardan qazandığı məbləğlər sayəsində işsiz olduğu məqamlarda da müəyyən qədər dolanırdı. Amma Kamran heç zaman həyatdan ümidini üzməyən, mərhəmətli və kifayət qədər həssas bir insan idi”.

Qeyd edək ki, K.Dadaşzadə 1969-cu ildə Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar Vadisi”, “Savaşçı”, “Kardeş Payı” kimi seriallarda obrazlar canlandırıb. Həmçinin 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu