azadses.az » Hadisə » Almaniyada Azərbaycandan gedən erməni mafiyasına qarşı əməliyyat

Almaniyada Azərbaycandan gedən erməni mafiyasına qarşı əməliyyat

Ermənilər 90-cı illərində Almaniyaya saxta sənədlə gediblər
Almaniyanın Erfrut şəhərində ötən gün yanvarın 22-də səhər saatlarında böyük sayda polis qüvvələri cəlb olunmaqla erməni mafiyasına qarşı əməliyyat keçirilib.
Əməliyyat Ermənistandan olan bir qadın və kişi barədə aparılan təhqiqatla bağlı olub. Onlar ötən əsrin 90-cı illərində Almaniyaya saxta sənədlə gediblər və 2014-cü ilin yayında Erfrutda baş vermiş atışma ilə bağlılıqları var.
Türingiya əyalətinin kriminal polis İdarəsinin 62-ci şöbəsinin müstəntiqləri və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə mütəxəssislər iri polis qüvvələrini cəlb etməklə eyni zamanda iki obyektdə yoxlama aparıblar. Daha sonra onlarla polis şəhərdəki restoranlardan birində, Mixaeliştrassedəki barda və şəhərin varlılar yaşayan Hohhaym məhəlləsindəki dəbdəbəli villada da axtarış həyata keçirib. Şübhəlilərin yaxınlıqda park edilmiş və dəyəri milyonlarla avro olan avtomobillərinə də baxış keçirilib. Polisin bildirdiyinə görə, həbslər olmayıb.
Bildirilir ki, Erfrutda ermənilərin restoranı 2017-ci ildə də mafiya “razborkasına” şahid olub. Həmin vaxt restoranın işçiləri yaralanıb, amma məhkəmədə iddiaçı qismində çıxış etməkdən imtina ediblər. Müstəntiqlər ehtimal edirlər ki, bu “razborka” Erfrutdakı iki düşmən erməni klanı arasında çəkişmə ilə bağlı idi.
2014-cü ildə restoran və onun işçiləri şiddətli atışmada rol alıblar. Həmin vaxt Erfrutdan olan erməni mafiyası ilə Leypsiq və Berlindən gələn erməni klanı nümayəndələri atışıblar. İki nəfər ciddi yaralanıb. Müstəntiqlər çoxdan şübhələnirdilər ki, həmin restoranda erməni mafiyasının izləri var. Lakin restoranı işlədənlər dindirmə zamanı bunu dəfələrlə inkar ediblər.
İndiki halda saxta sənədlə Almaniyada yaşayan həmin ermənilərin izləri Frayenbessingenə aparır. 1990-cı illərin əvvəllərindən başlayaraq orada Azərbaycandan köçən ermənilər qaçqın kimi məskunlaşıblar. Araşdırmalar göstərir ki, Erfurtdakı erməni mafiyasının üzvlərinin əksəriyyəti məhz Azərbaycandan gedən ermənilərdir.  Onların bir çoxu 90-cı illərdə saxta sənədlərlə Almaniyaya gediblər. Mafiya üzvlərinin arasında iki qardaş da var və onlar restorandakı atışmaya görə Erfrut məhkəməsi qarşısında dayanıblar. Adları açıqlanmayan həmin qadın və kişi isə Erfrutda saxta sənədlərlə çoxsaylı bahalı daşınmaz əmlak alıb. /virtualaz/


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar