Kaliforniyada sörfinqçi keçi ulduza çevrilib
- 25-03-2021, 16:00
- Hadisə
“Korrespondent” nəşrinin məlumatına görə, Kaliforniyada yaşayan Dan Makqreqor peşəkar sörfinqçidir. Bir neçə il əvvəl o, ev təsərrüfatı üçün keçi alıb. Den heyvanın vasitəsilə həyətyanı sahəsindəki alaq otlarına qarşı mübarizə aparmağı planlaşdırıb.
Günlərin birində Den öz ad gününü qeyd edərkən əylənmək məqsədilə keçi ilə birlikdə sörfinq edib. O zamandan etibarən heyvan bu məşğuliyyəti çox bəyənib.
Beləliklə də, sörfinqçi keçi ştatda əsl ulduza çevrilib.