azadses.az » Dünya » Ermənistanın təxribatları ABŞ-ın məşhur radio verilişində müzakirə olundu

Ermənistanın təxribatları ABŞ-ın məşhur radio verilişində müzakirə olundu

Sentyabrın 2-də ABŞ-da geniş nüfuza malik və Nyu-Yorkdan bütün ölkə ərazisinə yayımlanan “Con Batçelor” şou-radio proqramında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə yayımlanıb.
Səfirlikdən verilən məlumata görə, müsahibədə əvvəlcə son zamanlar Yaxın Şərqdə normallaşma proseslərinin məhz Azərbaycanın nümunəsinə əsaslanması qeyd olunub.
Con Batçelor Azərbaycana etdiyi səfərləri çərçivəsində ölkəmizdə bütün xalqlar, o cümlədən yəhudilərin sülh və dostluq şəraitində yaşamasının, antisemitizmin müşahidə olunmamasının, burada yəhudi icmalarına göstərilən diqqət və qayğının, onların öz dini etiqadlarını sərbəst şəkildə yerinə yetirmək azadlıqlarının canlı şahidi olduğunu bildirib və bunu digər ölkələrə örnək kimi təqdim edib.
Səfir Süleymanov yəhudilərin ölkəmizdə yüzilliklər boyu yaşamasını xatırladaraq, burada onlara qarşı nəinki dözümlülük nümayiş etdirildiyini, onlara cəmiyyətin ayrılmaz parçası olaraq dəyər verildiyini diqqətə çatdırıb. E.Süleymanov qeyd edib ki, İsrail mətbuatında da Azərbaycanın nümunəsi davamlı olaraq işıqlandırılır.
Daha sonra Con Batçelor son zamanlar Rusiyanın Ermənistana hərbi yük daşımaları ilə bağlı sual ünvanlayıb və bu məsələ ətrafında Azərbaycan tərəfinin narahatçılığı ilə mətbuatdan tanış olduğunu bildirib. E.Süleymanov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlarda Minsk Qrupunun həmsədri qismində Rusiyadan ədalətli mövqe gözlənildiyini bildirib. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüş zamanı məsələ ilə bağlı Azərbaycan tərəfinin narahatlığını diqqətə çatdırdığını, Azərbaycanın sülh prosesinə sadiqliyini və substantiv danışıqlardan real nəticələr gözlənildiyini bəyan etməsini xatırladıb. Səfir Azərbaycanın bu yanaşmasının Rusiya tərəfindən dəstəkləndiyini bildirib. Lakin buna baxmayaraq, Rusiyadan yük təyyarələrinin Ermənistana hərbi təchizat daşımasının müşahidə olunduğunu, Rusiya müdafiə nazirinin ölkəmizə səfəri zamanı bu təyyarələrin tikinti materialları daşımasını iddia etməsini bildirib. Rusiyadan və İran hava məkanından keçərək Ermənistana tikinti materiallarının daşınması izahatının qənaətbəxş olmadığını qeyd edib.
Səfir ölkə Prezidenti İlham Əliyevin və Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı açıq şəkildə narahatlığına istinad edərək, Rusiya tərəfinin məsələyə tam aydınlıq gətirəcəyinə və Minsk Qrupu həmsədri kimi obyektiv vasitəçi kimi fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.
Müsahibə zamanı Con Batçelor Ermənistanın Tovuz istiqamətində təxribat cəhdi zamanı Azərbaycanın hərbi qulluqçuları və mülki əhali arasında itkilər olduğunu bildirərək, Ermənistanın hücumunun Cənub Qaz Dəhlizinə təhdid yaratmaq məqsədi daşıyıb-daşımadığını səfirdən soruşub. Səfir Süleymanov erməni təxribatınının məhz bu ərazidə olmasının aydın şəkildə qlobal enerji təhlükəsizliyinə töhfə verən layihələrə təhdid yaratmaqla, ümumi regionun rifahına zərbə vurmaq məqsədi daşıdığını, eləcə də Ermənistanın özünə ziyanlı olduğunu qeyd edib.Oxu.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu