azadses.az » Dünya » Bloomberg: ABŞ çip ixracı normalarını yenidən nəzərdən keçirir

Bloomberg: ABŞ çip ixracı normalarını yenidən nəzərdən keçirir

ABŞ Prezidenti Donald Trampın administrasiyası əvvəlki Amerika lideri Cozef Bayden dövründə qəbul edilmiş, ölkədə istehsal olunan süni intellekt (Sİ) texnologiyaları üçün çiplərin ixracı qaydalarından imtina etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən bildirib.

Agentlik qeyd edib ki, ixrac nəzarəti normalarının yenidən nəzərdən keçirilməsi Trampın Yaxın Şərqə səfərinin hazırlanması ilə üst-üstə düşüb. Regionun bəzi ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri əvvəllər Amerika şirkətlərindən Sİ çiplərinin alınmasına qoyulan məhdudiyyətlərdən narazılıqlarını bildirmişdilər. Agentliyə görə, indi onlar Vaşinqtonla daha əlverişli tədarük şərtlərini razılaşdırmaq imkanı əldə edəcəklər.

Məlumata görə, Bayden dövründə qəbul edilmiş, Amerika çiplərini idxal edən ölkələri məhdudiyyət səviyyəsinə görə üç kateqoriyaya bölən qərar, əvvəllər gözlənildiyi kimi, mayın 15-də qüvvəyə minməyəcək. Rusiya, İran, Çin və bir sıra digər dövlətlər Bayden tərəfindən maksimum qadağaların tətbiq olunduğu üçüncü kateqoriya ölkələrə daxil edilmişdi. “Bloomberg”in yazdığına görə, Tramp administrasiyası kateqoriyalardan imtina edən və Amerika mikrosxemlərini Çinə ötürən ölkələrə, məsələn, Malayziya və Tailanda qarşı ayrıca ixrac məhdudiyyətlərinin tətbiqini nəzərdə tutan yeni qayda üzərində fəal işləyir.

“Baydenin Sİ sahəsində çip tədarükü qaydası həddindən artıq mürəkkəb, həddindən artıq bürokratik və Amerika innovasiyalarının inkişafına mane olacaq. Biz onu ABŞ-nin Sİ sahəsində üstünlüyünü təmin edəcək daha sadə qayda ilə əvəz edəcəyik”, – ABŞ Ticarət Nazirliyinin nəzdində Sənaye və Təhlükəsizlik Bürosunun mətbuat katibi nəşrə deyib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ötən gün vətəndaşların bank kartlarından 13 min 500 manat kiber üsulla oğurlanıb
  2. Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı apreldə 29 % artıb
  3. Ötən gün vətəndaşların bank kartlarından 13 min manatdan çox pul kiber üsulla oğurlanıb
  4. Göyçayda 51 yaşlı kişi xəstəxanada əməliyyat zamanı ölüb
  5. İrandan Azərbaycana 25 kq narkotikin keçirilməsinin qarşısı alınıb
  6. Kür və Arazda suyun səviyyəsi artıb - YENİLƏNİB
  7. Bəzi çaylarda sululuq artıb
  8. Ötən gün vətəndaşların bank kartlarından 30 min manatdan çox pul talanıb
  9. Samuxda çox sayda xırdabuynuzlu heyvan oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb
  10. Şəmkirdə 2 yaşlı uşaq ağcaqanad dərmanından zəhərlənərək ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Həftəsonu 20 min 549 bakalavr magistraturaya imtahan verəcək
Həftəsonu 20 min 549 bakalavr magistraturaya imtahan verəcək
Mayın 11-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. Bu barədə "Report"a Ətraflı
Müəllimlərin vakansiya seçimi prosesi uzadılıb
Müəllimlərin vakansiya seçimi prosesi uzadılıb
Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib