Ekvadorun hazırkı prezidenti dövlət başçısı seçkilərində liderlik edir
- 14-04-2025, 10:30
- Dünya
Ekvadorun hazırkı dövlət başçısı Daniel Noboa prezident seçkilərinin ikinci turunda liderlik edir.
“Report” xəbər verir ki, bu, Milli Seçki Şurası tərəfindən 12,31 % protokolların emalından sonra dərc edilmiş nəticələrdən bəlli olub.
Bu məlumatlara görə, Noboaya seçicilərin 57,16 %-i, onun rəqibi, sol "Vətəndaş İnqilabı" hərəkatından irəli sürülən Luisa Qonsalesə isə 42,84 %-i səs verib.
Noboa 2023-cü ilin oktyabrında keçirilmiş növbədənkənar prezident seçkilərində seçilmişdi. Onun iqtidara gəlişi təhlükəsizlik sahəsində böhranın kəskinləşməsi ilə üst-üstə düşüb. 2024-cü ilin yanvarında dövlət başçısı ölkədə daxili silahlı münaqişənin mövcudluğunu tanıyan fərman imzalayıb və 22 cinayətkar qruplaşmanın neytrallaşdırılmasını əmr edib.
Yenidən seçiləcəyi təqdirdə o, təhlükəsizlik sahəsində siyasətini, o cümlədən xüsusilə təhlükəli cinayətkarlar üçün meqa-həbsxanaların tikintisini davam etdirəcəyini vəd edir.