azadses.az » Dünya » Ekvador cinayətkarlıqla mübarizə ilə əlaqədar 5 əyalətdə fövqəladə vəziyyət elan edib

Ekvador cinayətkarlıqla mübarizə ilə əlaqədar 5 əyalətdə fövqəladə vəziyyət elan edib

Ekvadorun beş əyalətində cinayətkarlıqla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

“Report” “El Telégrafo” dövlət qəzetinə istinadən xəbər verir ki, bu barədə Ekvador Prezidenti Daniel Noboa fərman imzalayıb.

“Davam edən daxili silahlı münaqişə ilə əlaqədar El-Oro, Quayas, Los-Rios, Manabi və Santa-Elena əyalətlərində fövqəladə vəziyyət elan edilsin”, – fərmanda qeyd olunub.

Sənəddə diqqətə çatdırılıb ki, ölkənin sözügedən regionlarında “hücumların intensivləşməsi müşahidə olunur ki, bu da silahlı qruplaşmalara qarşı taktiki xüsusi əməliyyatların keçirilməsini zəruri edir”.

Fövqəladə vəziyyət 60 gün müddətinə tətbiq edilir. Fərmanın mətninə əsasən, bu müddət ərzində beş əyalətdə mənzil toxunulmazlığı hüququ müvəqqəti olaraq dayandırılacaq ki, bu da polis və hərbçilərə məsuliyyətdən yayınan şəxslərin aşkar edilməsi məqsədilə axtarışlar aparmağa imkan verəcək.

Xatırladaq ki, daha əvvəl Noboa narkotik kartelinin lideri Adolfo “Fito” Masiasın yanvarın 8-dəki qaçışından sonra həbsxanalarda asayişi bərpa etmək üçün 60 günlük fövqəladə vəziyyət elan etmişdi. Fövqəladə vəziyyət elan ediləndən bəri silahlı iğtişaşlarda iştirakda şübhəli bilinən 10 mindən çox şəxs saxlanılıb.

Qeyd edək ki, Ekvadorda son illərdə cinayətlərin sayı kəskin artıb. 2023-cü ilin iyulunda iqtidar eyni gündə baş vermiş bir neçə üsyan səbəbindən ölkədəki bütün həbsxanalarda 60 gün müddətinə fövqəladə vəziyyət elan edib. Avqustun 10-da prezidentliyə namizəd Fernando Vilyavisensionun öldürülməsi ilə əlaqədar respublikada ümumi fövqəladə vəziyyət elan edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  2. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  3. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  4. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
  5. Ötən gün vətəndaşların bank kartlarından 14 min manata yaxın pul oğurlanıb
  6. Azərbaycanda tortdan kütləvi zəhərlənmə olub
  7. Xəzər dənizində nərə balıqları üçün TƏHLÜKƏ
  8. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
  9. Gəncədə 6 nəfər tortdan zəhərlənib
  10. Hövsan qəsəbəsində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə ümumi təhsil müəssisələrində şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir. "Report" Ətraflı
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa 89 yaşında vəfat edib. “Report” xəbər verir ki, bu barədə onun oğlu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar