İspaniyada evdə qaz partlayışı nəticəsində onlarla insan xəsarət alıb
- Dünən, 08:00
- Dünya
İspaniyanın Asturiya muxtar icmasının Mieres şəhərində məişət qazının partlaması evin uçmasına səbəb olub.
“Report” xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidməti (SEPA) məlumat yayıb.
"Hadisə yerinə gələn həkimlər 3-ü ağır yaralı olmaqla 17 nəfərə (6 qadın və 11 kişi) tibbi yardım göstərib. On xəstəyə Alvarez Buila xəstəxanasında tibbi yardım göstərilib", - press-relizdə deyilir.
Xilasedicilərin sözlərinə görə, partlayış qonşu tikilidə də yanğına səbəb olub və uçmuş evin dağıntıları ətrafa səpələnib.