Главная > Dünya > İspaniyada evdə qaz partlayışı nəticəsində onlarla insan xəsarət alıb
İspaniyada evdə qaz partlayışı nəticəsində onlarla insan xəsarət alıbDünən, 08:00. Разместил: azadses |
İspaniyanın Asturiya muxtar icmasının Mieres şəhərində məişət qazının partlaması evin uçmasına səbəb olub. “Report” xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidməti (SEPA) məlumat yayıb. "Hadisə yerinə gələn həkimlər 3-ü ağır yaralı olmaqla 17 nəfərə (6 qadın və 11 kişi) tibbi yardım göstərib. On xəstəyə Alvarez Buila xəstəxanasında tibbi yardım göstərilib", - press-relizdə deyilir. Xilasedicilərin sözlərinə görə, partlayış qonşu tikilidə də yanğına səbəb olub və uçmuş evin dağıntıları ətrafa səpələnib. Вернуться назад |