“Fitch” 2019-cu ildən bəri ilk dəfə Misirin reytinqini “B” səviyyəsinə yüksəldib
- 2-11-2024, 15:45
- Dünya
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Misirin xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “B-“ səviyyəsindən “B” səviyyəsinə yüksəldib və sabit proqnoz verib.
“Report” xəbər verir ki, müvafiq bəyanat agentliyin saytında dərc edilib.
Bəyanatda qeyd olunur ki, Misirin reytinq göstəriciləri xarici risklərin azalması, siyasətin tənzimlənməsi, xarici ehtiyatların artırılması, yeni kapital axını, daha çevik məzənnə və pul-kredit şərtlərinin sərtləşdirilməsi ilə dəstəklənir.
“Bloomberg” agentliyi qeyd edir ki, “Fitch” 2019-cu ildən bəri ilk dəfə Misirin kredit reytinqini yüksəldib.