azadses.az » İqtisadiyyat » Azərbaycanda Daxili Reytinq Agentliyinin yaradılması yerli və xarici sahibkarlara nə kimi üstünlüklər vəd edir?

Azərbaycanda Daxili Reytinq Agentliyinin yaradılması yerli və xarici sahibkarlara nə kimi üstünlüklər vəd edir?

Son zamanlar Azərbaycanda əksər banklar beynəlxalq reytinq agentliklərinin dəyərləndirməsinə maraq göstərmir. Halbuki xarici praktikada hər hansı bir müəssisənin, o cümlədən maliyyə təşkilatının fəaliyyətini heç bir analiz etmədən, onun nə dərəcədə maliyyə dayanıqlı olması haqqında məlumat əldə etmək üçün həmin təşkilatın reytinq göstəricilərinə diqqət edirlər. Reytinqlər müəssisə haqqında kifayət qədər tutumlu məlumat verə bilir.

Son illər dünyada “Böyük üçlük” adı ilə tanınan üç əsas beynəlxalq reytinq agentliklərinin - "Fitch Ratings", "Moody’s" və "Standard & Poor’s", Azərbaycanda reytinq dəyərləndirilməsi siyahısına nəzər salsaq, görərik ki, bəzi banklarda bu proses dayandırılıb, yeni kredit təşkilatları isə cəlb edilməyib. Bunun səbəbi məlum olmasa da, təxmin etmək olar ki, banklar Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılacaq Daxili Reytinq Agentliyini (DRA) gözləyir.

“Report” yerli bankların beynəlxalq reytinq agentliklərinə müraciətdə marağının olmamasının səbəbini, DRA-nın beynəlxalq reytinq agentlikləri ilə müqayisədə fərqini araşdırıb.

AMB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, beynəlxalq reytinq agentlikləri tərəfindən təqdim edilən reytinqlərə zərurət əsasən bankların xarici səhmdarlarının olması, xarici maliyyə və qeyri-maliyyə təşkilatlarından vəsait cəlb edilməsi, xarici bazarlara çıxışı zamanı aktual olur: “Bu xüsusda ölkədə fəaliyyət göstərən iri bankların və bəzi orta həcmli bankların xarici reytinq təşkilatları ilə əməkdaşlıq etdiyini müşahidə edə bilərik. Biznes strategiyasına müvafiq olaraq fəaliyyəti əsas etibarilə ölkə daxili ilə məhdudlaşan bankların belə reytinqlərə tələbatı bir qayda olaraq daha az olur”.

Ad

Xarici valyutada uzunmüddətli və qısamüddətli emitentin defolt reytinqi

Uzunmüddətli və qısamüddətli kredit reytinqləri

Depozitlərin milli və xarici valyutada uzunmüddətli və qısamüddətli reytinqləri

ABB

"BB-/B" Stabil - Fitch Ratings

(2022)

"Ba3/b1" Stabil - Moody's

(2022)

Kapital Bank

"BB-/B" Stabil - Standard & Poor's

(2018)

"BB-/B" Pozitiv - Standard & Poor's

(2023)

"b1" Pozitiv - Moody's

(2021)

"Ba3" Pozitiv - Moody's

(2021)

PASHA Bank

"B/B" Stabil - Standard & Poor's

(2019)

"B+/b+" Stabil - Standard & Poor's

(2023)

Bank Respublika

"Caa1/NP" Neqativ - Moody's

(2017)

"b2" Stabil - Moody's

(2023)

"B2" və "NP/CRR" Stabil - Moody's

(2023)

Bank of Baku

"Caa3/ Caa3" Neqativ - Moody's

(2017)

"B1/NP" Positive - Moody's

(2023)

"B2" Positive - Moody's

(2023)

AccessBank

"BB-/B" Stabil - Fitch Ratings

(2017)

Expressbank

"B/B" Stabil - Fitch Ratings

(2017)

Azər-Türk Bank

"B+/B" Stabil - Standard & Poor's

(2023)

Muğanbank

"CCC+/C" Neqativ - Standard & Poor's

(2017)

"B-/b+" Stabil - Standard & Poor's

(2023)

Hazırlanan cədvəldən də göründüyü kimi əksər yerli banklar beynəlxalq reytinq agentliklərinə müraciətdə maraqlı deyil, müraciətlərin əksəriyyəti köhnə tarixləri əhatə edir, yeni tarixlərdə müraciət edənlər isə xarici bazarlara çıxışda, xarici maliyyə və qeyri-maliyyə təşkilatlarından vəsait cəlb edilməsində maraqlı olan banklardır.

Daxili Reytinq Agentliyinin yaradılması ilə bağlı cari vəziyyət barədə məlumat verən AMB qeyd edib ki, Mərkəzi Bank tərəfindən DRA-nın yaradılmasının texniki-iqtisadi əsaslandırma layihəsi həyata keçirilib: "Layihə çərçivəsində daxili reytinqləşmə üzrə bazar potensialı araşdırılıb, reytinq agentliyinin fəaliyyət göstərəcəyi hüquqi və requlyativ çərçivə müəyyən olunub və agentliyin fəaliyyətinin institutsional, hüquqi və iqtisadi əsasları qiymətləndirilib: “Qiymətləndirmə nəticəsində, bu sahədə nüfuzlu xarici partnyorların cəlb edilməsi ilə reytinq və skorinq xidməti göstərən DRA-nın yaradılması məqbul hesab edilib. DRA-nın ölkənin hüquqi və iqtisadi xüsusiyyətlərinə bələd olması, ölkədaxili məlumat mənbələrinə çıxışla təmin edilməsi, eyni zamanda, biznes subyektlərinin qiymətləndirilməsi xidmətlərini daha münasib qiymətlərlə göstərməsi onun beynəlxalq reytinq agentliklərindən əsas fərqləndirici xüsusiyyətləridir”.

Mərkəzi Bankdan bildirilib ki, DRA-nın xidmətləri Azərbaycanda fəaliyyət göstərən həm yerli, həm də xarici sahibkarlıq subyektləri üçün nəzərdə tutulub: "DRA tərəfindən aparılacaq qiymətləndirmənin faydalarını yerli və xarici kapital mənbələrinə çıxışın artırılması, real sektora kreditlərin verilməsində artım, qabaqcıl təcrübənin tətbiqi və şəffaflığın artımı, kapital bazarının inkişafına təkan və Basel II/III standartlarının daha geniş tətbiqinə şərait yaratması kimi qruplaşdırmaq mümkündür”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu