azadses.az » Dünya » Ukraynanın Ali Radası Putinlə bağlı daha bir qərar hazırlayır

Ukraynanın Ali Radası Putinlə bağlı daha bir qərar hazırlayır

Ukraynanın Ali Radası beşinci dəfə Rusiya prezidenti seçilmiş Vladimir Putinin qeyri-legitimliyinə dair qərar hazırlayır.

“Report” xəbər verir ki, bu barədə Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri, xalq deputatı Oleksandr Merejko “Azadlıq Radiosu”nun efirində açıqlayıb.

Merejko qeyd edib ki, Kiyev Rusiyadakı seçkilərin legitimliyini tanımır. Onun sözlərinə görə, Rada artıq bu seçkilərin beynəlxalq cinayət kimi qiymətləndirilməsi barədə qərar qəbul edib.

“Hüquqi nöqteyi-nəzərdən söhbət cinayətdən gedir”, – xalq deputatı bildirib.

Bundan başqa, Merejkonun sözlərinə görə, deputatlar Putinin legitim prezident kimi tanınmamasını əks etdirən daha bir qərar hazırlayırlar.

Müraciətin təşəbbüskarları Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsi və Ali Radanın sədri Ruslan Stefançukdur.

“Bu müraciətin əsas bəndi, əsas ideyası dünya ölkələrini, parlamentləri, dövlətləri Putini legitim kimi tanımamağa çağırmaqdır”, – Merejko aydınlıq gətirib.

Xatırladaq ki, prezident Vladimir Putinin 87 % səslə qalib elan olunduğu seçkilərdə üç opponenti var. Dövlət başçısı ilə yarışmağa Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutskiyə və Dövlət Dumasının sədr müavini Vladislav Davankova imkan verilib. Onlardan heç biri nə Rusiyanın Ukraynadakı müharibəsini, nə də birbaşa Putini tənqid edib.

Müstəqil namizədlər isə seçkilərə buraxılmayıb. Mərkəzi Seçki Komissiyası həm jurnalist Yekaterina Duntsova, həm də Vətəndaş Təşəbbüsü Partiyası tərəfindən namizədliyi irəli sürülmüş siyasətçi Boris Nadejdini qeydiyyata almaqdan imtina edib. Hər ikisi müharibəni tənqid edir və savaşın dayandırılmasının tərəfdarıdırlar.

Qalan namizədlər isə diqqəti özlərinə cəlb etməməyə çalışıblar. Səsvermənin yeganə intriqası onlardan hansının ikinci yeri tutacağı və hansı nəticə ilə olacağı olub.

Bundan başqa, 2024-cü ildə Rusiya prezidenti ilk dəfə Ukraynanın 4 vilayətinin – Zaporojyenin, eləcə də Xerson, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində (ilhaq edilmiş Krımda prezident seçkiləri artıq 2018-ci ildə keçirilib) seçilib. Bu bölgələrdə sakinlər də seçicilərin yaşadıqları hərbi vəziyyət şəraitinə uyğunlaşdırılaraq seçkilərdə fəal iştirak etməyə məcbur ediliblər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?