Britaniya və Aİ arasında qaz əlaqəsi müvəqqəti dayandırıldı
- 5-03-2023, 17:53
- Dünya
Böyük Britaniya və Avropa İttifaqı arasında qaz təchizatının həyata keçirildiyi interkonnektorun işi 2023-cü il martın 8-dək müvəqqəti olaraq dayandırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb regionda soyuq hava səbəbindən avadanlıqların sıradan çıxması olub.
Qeyd edək ki, bu interkonnektor beynəlxalq sanksiyalara görə Rusiyadan xammalın tədarükü azaldıqdan sonra Aİ-yə təbii yanacağın çatdırılması üçün mühüm kanal olub.