Azərbaycan Türkiyəyə qaz ixracını artıracaq
Azərbaycan Türkiyəyə müvəqqəti olaraq qaz ixracını artıracaq.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat yayıb.
O bildirib ki, son günlərdə İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycan Qaz Təchizatı Şirkətinə (AGSC) əlavə qaz həcmlərinin idxalı ilə bağlı müraciət edib:
“Şahdəniz konsorsiumunu təmsil edən AGSC şirkəti qardaş Türkiyənin sorğusuna artıq cavab verib və mövcud imkanları səfərbər edərək, Azərbaycandan Türkiyə Cümhuriyyətinə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq.
Hesab edirəm ki, bu addım Azərbaycan ilə Türkiyə arasında mövcud olan qarşıtərəfli dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha bir mühüm töhfə olacaq”.