Belarus “KQB”si Elmlər Akademiyasında əməliyyat keçirib: 44 elm adamı saxlanılıb

Mənbə yazır ki, əməliyyat Belarus Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvlərinə və bir sıra digər elmi müəssisələrin əməkdaşlarına qarşı keçirilib.
Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları elm adamlarının telefonlarını yoxlayıb, fotoqalereyaları və “Telegram” kanallarına abunəliklərini araşdırıblar.
Elmi işçilərin bəziləri saxlanılaraq dindirilmək üçün komitəyə aparılıblar.