azadses.az » Dünya » İranın dron mühəndisləri öldürüləcəklər, İsrail ABŞ-yə “aysberqin görünməyən hissəsi”ni verəcək – TƏHLİL +FOTO

İranın dron mühəndisləri öldürüləcəklər, İsrail ABŞ-yə “aysberqin görünməyən hissəsi”ni verəcək – TƏHLİL +FOTO

Qərb Rusiyanı kamikadze dronlarla təchiz edən İrana barmaq silkələməkdə davam edir. Hərçənd ki, Tehran beynəlxalq ictimaiyyəti yayılan məlumatların həqiqi olmadığına inandırmağa çalışır.

Bununla belə, çoxsaylı dəlillər, o cümlədən Ukrayna səmalarında vurulan İran dronlarının şəkilləri də ortaya qoyulur, bundan sonra Tehranın Moskvanı başqa silahlarla da təmin edəcəyinə inam artır.



Ukraynanın mülki və hərbi infrastrukturlarını təhdid edən İran dronları İsrailin narahatlıqlarına səbəb olub, Təl-Əvivin duruşu elə tarazlaşdırılıb ki, o həm Rusiyaya qarşı cəbhədə dayanmasın, həm də Tehranı Ukraynadakı oyun qaydalarında zərərsizləşdirsin.

Prinsipcə, Rusiyanı İsrail-İran münasibətinin ruhu incitmir, yəni Təl-Əvivin Tehranı cəzalandırmaq metodları Moskvanı narahat etmir.

Rusiya üçün indi silah cəbbəxanasını Ukraynaya qarşı genişləndirmək ən böyük məqsəddir, İran isə burada bir vasitədir və Tehranın silahlara görə Qərb tərəfindən müttəhim kürsüsünə əyləşdirilməsi Moskvanı məyus etməyəcək.

Həm daxildəki iğtişaşlar, həm də xarici təzyiqlər səbəbindən böyük iztirab və ağrılar içərisində qıvrılan İran kəşfiyyat səhnəsində də İsrailə uduzmaqda davam edəcək.

Bu anonsu İsrail Prezidenti İsxak Hersoqa nüfuzlu analitik mərkəz olan “Atlantik Şurası”nda verilən suallara cavablardan çıxarırıq.

İsrail İranla kəşfiyyat müharibəsini davamlı təşəbbüslərə çevirəcək, Ukrayna teatrı isə bunun üçün münbit coğrafiyadır.

Açığı, İranın kamikadze dronlarını hansı texnologiya əsasında hazırladığı da bəlli deyil, versiya kimi deyə biləcəyimiz məqam isə budur ki, Tehran İsrailin Suriyada vurulan zərbə dronlarının qalıqlarını analiz edərək ortaya hibrid məhsul qoymağa çalışıb.



Bu, sadəcə, mühakimədir, lakin proqnozlaşdırma meyarlarını əvvəldə olan hadisələr əsasında inkişaf etdirsək, düşünə bilərik ki, İsrail İranın dronları ərsəyə gətirən mühəndislərini aradan götürmək işinə girişəcək.

Hersoq Ukraynadakı İran elementli oyunların araşdırılmasında İsrailin Kiyevə yardım edəcəyini deyib, lakin o, yenə də Ukraynanı silahla təmin etməyəcək.

İsrail indi vurulan İran dronlarını tədqiq edir və bunun texnologiyasının qarşısını almaqdan ötrü əldən-ayaqdan gedir.

Hersoqun əlinə yeni fürsətlər düşüb, o, ABŞ-ni İranla nüvə sazişi bağlamamağa inandırmaq üçün İsrailin kəşfiyyat məlumatlarını təqdim edəcək.

Onun açıqlamasından başa düşə biləcəyimiz nöqtə budur:

İsrail İranın Ukraynadakı müharibədə iştirakının Tehranın daha böyük məqsədlər zəncirinin təzahürləri olduğuna dair bilgilərə sahibdir.

Yəqin, buna görədir ki, Hersoq ABŞ rəsmilərinə təqdim etməyə planlaşdırdığı dəlillər haqqında danışarkən “bu, bir çox kəşfiyyat məlumatının yalnız görünən hissəsidir” deyib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Azərbaycanda zəlzələ olub
  2. Bakıda kitabxana yanıb
  3. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  4. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  5. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  6. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  7. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  8. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  9. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  10. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib