azadses.az » Siyasət » İran neytrallıq dekorasiyasını qoparır: Moskva üç istiqamətdə Tehrana “yaşıl işıq” yandıra bilər – ŞƏRH

İran neytrallıq dekorasiyasını qoparır: Moskva üç istiqamətdə Tehrana “yaşıl işıq” yandıra bilər – ŞƏRH

Rusiya-Ukrayna müharibəsində iştirak edən oyunçular gizli məramlardan açıq fəaliyyətə keçirlər, münaqişə uzandıqca həmin tendensiya sürətlənəcək.

Çin müharibəyə münasibətdə ehtiyatlı duruş sərgiləsə də, o, bu mövqeyi ilə Rusiyanın maraqlarının qoruyucusuna çevrilir.

Rusiya Ukraynanın işğalına girişən andan sonra güc balansına dair qavrayışlar dəyişdi, Moskva qısa müddət ərzində istədiyinə nail olmaq planının xam xəyal olduğunu anladı və müharibə uzandıqca Kreml açıq-gizli müttəfiqlər axtarmağa girişdi.

Üzə çıxan informasiyalar Moskvanın bu cəhdinin əbəs getmədiyini göstərir, çünki Rusiya-İran müttəfiqliyi Ukraynadakı müharibəyə nisbətdə də dəyər qazanmaqdadır.

İranın Rusiyaya bir neçə pilotsuz uçuş aparatları (“Şahed 129” və “Şahed 131”) verəcəyi ilə bağlı Qərbin kəşfiyyat kulislərində gəzən məlumatlar Moskva ilə Tehranı növbəti sanksiyaya məruz qoya bilər.

Tehran hər nə qədər Ukrayna müharibəsində ümumi neytrallıq ifadələri ilə tərəfsiz olduğunu göstərsə də, onun əsas xətti Moskva ilə uyğunluq təşkil edir.

Hərçənd ki, Rusiya ilə İranın hərbi-texniki əməkdaşlığı da yeni deyil, lakin Ukrayna mövzusu fonundakı silah alış-verişi Qərbin qəzəbinə səbəb olur, bir növ Qərb də cığallığa əl atır.

Belə cığallığın səbəbi odur ki, Qərb üçün Ukraynadakı müharibə tam fərqli bir mahiyyət daşıyır və imkan vermək istəmir ki, əvvəlki razılaşmalar bu münaqişə fonunda silah tədarükü predmetinə çevrilsin.

Ancaq Qərb İrandan Rusiyaya gedən gizli təminat kanallarının qarşısına hərbi güc çıxarmaq imkanından məhrumdur, buna görə də Tehran-Moskva əlaqələrindəki PUA faktorunu “dağıtmaq” mümkünsüz hala gəlir.

Ortaya isə sual çıxır: Görəsən, Rusiya İslam Respublikasının hörmətinə qarşılıq olaraq hansı istiqamətlərdə ona “yaşıl işıq” yandıracaq?

Sualın cavabı indi qeyd edəcəyimiz üç istiqamətdə gizlənib.

Birincisi, bu yaxınlarda Rusiya öz kosmodromundan istifadə edərək, İran peykini orbitə çıxardı. Bu peyk İran üçün xarici hərbi əməliyyatları, Yaxın Şərqdə ABŞ və onun tərəfdaşlarına qarşı hücumları dəstəkləmək üçün əhəmiyyətli məlumatları toplamağa imkan verəcək.

İkincisi, Rusiya İrana “Su-35” kimi dördüncü nəsil döyüş təyyarələri verə bilər ki, bu da İran ordusuna müasir hava qüvvələrini idarə etmək imkanını tanıyar.

Üçüncüsü, Rusiya İranın Suriyadakı siyasi payını artırmaq vədi verə bilər, amma Moskva indi Türkiyə ilə əlaqələrin istiliyinə görə Ankaranı Tehranın ayağına verən addımlara da gedən deyil.

PROQNOZLAR:

Moskva Ukraynadakı müharibə səbəbi ilə güc dinamikasının dəyişdiyini hiss etdiyindən onun iqtisadi və hərbi dəstəyə ehtiyacı artacaq.

Qərb diplomatik kanallarla İranın önünə keçə bilməsə, Moskva-Tehran ikilisinə embarqolar tətbiq ediləcək.

Ancaq Rusiya İsrail-İran münasibətlərində və Fələstin məsələsində İranın mövqeyinə çox da yaxın durmayacaq.

Moskva Türkiyə-İran rəqabətində də incə balansı qoruyub-saxlamaq əzmini nümayiş etdirəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu