Ərdoğan: “Vədlər yerinə yetirilməsə, Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasına icazə verməyəcək”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya daxil olması məsələsində Ankaraya verdiyi vədlər yerinə yetirilənə qədər öz mövqeyində qalacağını bildirib.
“Ölkəmizə verilən vədlər yerinə yetirilənə qədər biz bu məsələdə prinsipial və qətiyyətli mövqeyimizə sadiq qalacağıq”, - Türkiyə liderinin şənbə günü parlamentdə çıxışında bəyan edib.
Qeyd edək ki, hələ mayın 18-də Finlandiya və İsveç alyansa qoşulmaq üçün müraciət edib. Lakin Türkiyə dərhal bu ölkələrin kürd terror təşkilatlarını tanımalarını, terrorizmdə və ya 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin təhvil verilməsini və Ankaraya silah satışına qoyulan qadağaların aradan qaldırılmasını tələb edərək giriş prosesini əngəlləyib.
İyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə, Finlandiya, İsveç liderləri ilə NATO-nun baş katibi arasında danışıqlar aparılıb. Nəticədə Stokholm və Helsinkinin NATO-ya üzv olmasına icazə verən memorandum imzalanıb. Türkiyə liderinin sözlərinə görə, İsveç terror fəaliyyətində iştirak edən 70-dən çox adamı ekstradisiya edəcəyinə söz verib. Sentyabrın 30-da İsveç Türkiyəyə hərbi texnikanın ixracına 2019-cu ildə tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.