Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması protokollarını imzalayacaq

Bu barədə dövlət başçısının iş cədvəlində deyilir. Cədvəli Ağ Ev yayımlayıb.
“Günortadan sonra prezident çıxış edəcək və Finlandiya Respublikası və İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair protokolların ratifikasiya sənədlərini imzalayacaq", - deyə cədvəldə qeyd edilir.
Ağ Evdəki mərasimdə həmçinin ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edəcək.