azadses.az » Dünya » Kiyevdə həbs olunan azərbaycanlı: “Məni erməni şərləyib” - FOTO

Kiyevdə həbs olunan azərbaycanlı: “Məni erməni şərləyib” - FOTO

Vətən müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır.

O, vəkili vasitəsilə “Qafqazinfo”ya müraciət edərək Kiyevdə qanunsuz şəkildə həbsdə saxlanıldığını iddia edib. M.Qasımlı bildirib ki, milliyyətcə erməni olan bir əcnəbi tərəfindən şərlənib:

“Həmin şəxs məni onu döyməklə şərləyib. Amma əllərində heç bir sübut yoxdur. Məni sifarişlə həbsdə saxlayırlar. Qanunsuz silah daşıma, adam qaçırma, adam döymək kimi ittihamlar irəli sürüblər. Şərləyən şəxs də İspaniyaya getdiyi üçün onu məhkəməyə belə çağırmadan iş aparırlar.

Mən özüm Rusiyada yaşayırdım. Müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollandım. Müharibədən sonra isə Ukraynaya gedib işlərimi orada davam etdim. Bir dəfə Azərbaycandan dostum gəlmişdi. Onunla ad gününü qeyd etməyə getmişdik. Bir İspaniya vətəndaşı yaxınlaşdı. Sonradan araşdıranda xəbərim oldu ki, atası ərəb, anası erməni imiş. Bizimlə ingiliscə danışırdı. Tərcümə üçün ofisianta yaxınlaşdı. Ofisiant dedi ki, səninlə tanış olmaq istəyir. Hesabımızı bağladı. Ordan çıxıb başqa yerə getdik. Yolda içkili idim və aramızda söz-söhbət yarandı. Mənə narkotik satmağı təklif etdi. Mən də belə şeylərdən uzaq olmaq üçün onu maşından qovdum”.

M.Qasımlı hadisədən 3 ay sonra valyuta yerində pul xırdalayarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirir:

“Şikayət edən şəxs mən bölməyə aparılandan 2-3 saat keçmədən İspaniyaya qayıtdı. Erməni lobbisinin vəkili işə qatıldı, prokurorla görüşdü. Təqsirləndirilən iki nəfər idik. Birinci bizə yüngül ittihamlar yazmışdılar. Sonra məhkəmədə dedilər ki, çölə buraxmaq olmaz, Qarabağ müharibəsində iştirak edib. Prokuror daha 3 ittiham elan etdi.

Ortada heç bir sübut yoxdur. Nə silahda, nə də bıçaqda əl izi var. Qan izi yoxdur. Hakim işimə vəkilsiz, tərcüməçisiz baxır. Diaspor nümayəndələrinə və Ukraynadakı səfirliyimizə müraciət etməyimə baxmayaraq, heç kim işlə maraqlanmır. Ailəmdən Bakıda Xarici İşlər Nazirliyinə gedənlər olub, içəri buraxmayıblar”.




Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı Səfirliyi bildirib ki, Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlunun Kiyev şəhərində saxlandıqları və mühakimə olunmaları ilə bağlı səfirliyin məlumatı var:

“Məlumatımıza görə, prosesdə İspaniya vətəndaşı olan ərəb mənşəli şəxs şikayətçi qismində iştirak edir. Prosesə kənar müdaxilələrin olması barədə fakt aşkar edilməyib. Kifayət qədər sübut olmadığı üçün həbs müddəti iyulun ortalarınadək uzadılıb. Səfirlik mühakimə olunanların ailələri və vəkilləri ilə təmasdadır, prosesin mümkün sürətləndirilməsinə dəstək göstərilməsi məqsədilə Ukrayna tərəfinə məktub ünvanlayıb. Yuxarıdakına əlavə olaraq bildirək ki, həbs müddətinin bitməsi tarixindən öncəyə artıq məhkəmə iclası təyin edilib”.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov qeyd edib ki, Misir Qasımlının həbsi İspaniya vətəndaşı tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayətlə bağlı olub:

“Nəzərinizə çatdırım ki, Misir Qasımlı özü və onun ukraynalı vəkili diasporumuza, yəni bizim Ukrayna azərbaycanlıları birləşmiş diasporuna nə yazılı, nə də şifahi müraciət etməyiblər. Bir həftə öncə bizə bununla bağlı məlumat çatıb. Məlumatı aldığımız gün özü və vəkili ilə məsələ ilə bağlı söhbət etmişəm. Bundan sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun hüquqşünası və hüquq-mühafizə orqanları ilə əlaqə yaradaraq məsələni araşdırmışıq. Hazırda Misir Qasımlının vəkili tərəfindən apellyasiya məhkəməsinə müraciət olunub ki, həbslə bağlı qərar ləğv edilsin. Dünən bizə Ədliyyə Nazirliyindən məlumat verdilər ki, iyulun 13-nə Misir Qasımlının məhkəmə prosesi təyin olunub və həmin prosesdə bizim vəkilimiz də iştirak edəcək. Həmçinin təşkilatımızın Misir Qasimlının azadlığa buraxılması ilə bağlı zamin durmasını özündə əks etdirən hüquqi sənəd məhkəməyə təqdim olunacaq.

Bildiyim qədərilə səfirlik bu məsələ ilə bağlı Ukraynanın Ədliyyə Nazirliyinə, Baş Prokurorluğuna və digər hüquq-mühafizə orqanlarına müraciət göndərib. Lakin İspaniya səfirliyi də öz vətəndaşlarının hüquqlarının pozulduğunu düşünür. Məsələnin obyektiv araşdırılması ilə bağlı bütün mövqeyimizi ortaya qoymuşuq. Ümid edirik ki, yaxın zamanda qazimiz azadlığa buraxılar”.



Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu