azadses.az » Dünya » Gürcüstan ciddi siyasi təlatümlə üz-üzə

Gürcüstan ciddi siyasi təlatümlə üz-üzə

Avropadan üzvlüklə bağlı “gözlə” mesajını alan qonşu ölkədə siyasi gərginlik artıb. Müxalifət iqtidarı siyasi səriştəsizlikdə, Avropa dəyərlərindən imtina etməkdə ittiham edərək fasiləsiz aksiyalara başlamaq qərarı verib. Hakimiyyət isə Aİ-nin imtina qərarında müxalifətin günahkar olduğunu iddia edir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Avropadan üzvlüklə bağlı “gözlə” qərarını alan Gürcüstanda siyasi gərginlik pik həddə yüksəlib. Qərar ölkədə hakimiyyətə qarşı etirazları gücləndirib, mitinqlərin sayı artıb. Müxalifət iqtidarı siyasi səriştəsizlikdə, Avropa dəyərlərindən imtina etməkdə ittiham etməkdədir. Brüsseldə keçirilən əsas sammitdə Aİ-nin 27 lideri Ukrayna və Moldovaya çoxdan gözlənilən bloka namizəd statusunu verib. Gürcüstan isə statusu almayıb. Yalnız “perspektivli ölkə” kimi göstərilib. Halbuki, 4 milyon əhalisi olan Gürcüstan özünü çoxdan Avropa dövləti hesab edir, baxmayaraq ki, onun coğrafi məsafəsi və Cənubi Qafqaz regionunda Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşməsi kontinental mənsubiyyətlə bağlı suallar yaradır. Brüsselin qərarı məlum olduqdan sonra 60 minə yaxın nümayişçi Tbilisi küçələrinə çıxaraq məyus olduqlarını bildirib, Aİ-yə üzvlük tələbini irəli sürüb. Uğursuzluğa baxmayaraq, Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, ölkənin Avropa perspektivini tanımaq “tarixi addım”dır.

Avropa Komissiyası bəyan edib ki, Gürcüstan bu statusu almaq üçün şərtləri yerinə yetirməlidir. Göründüyü kimi, uzun illərdir Avropaya inteqrasiya yolunda ciddi işlər görən, hətta buna görə sarsıdıcı zərbələr alan Gürcüstanı prosesdən kənarda saxlayıblar. Bəs görəsən, bu addımı növbəti dəfə ikili standart adlandırmaq olarmı? Prosesləri analiz edərkən bunun belə olduğu qənaətinə gəlmək mümkündür. Ölkənin belə duruma salınmasının səbəbi, sözsüz ki, Ukrayna müharibəsidir. Rəsmi Tbilisi ilk gündən bu müharibədə neytral mövqe tutub ki, bu da Qərbi qane etmir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar faktiki olaraq təsirsizdir və bu da Avropanı narazı salır. Neft və qaz satışından daxil olan vəsaitlər günbəgün artır və Rusiya da Ukraynada geri çəkilənə oxşamır. Gürcüstan hakimiyyəti da bunları nəzərə alaraq Rusiya ilə münasibətləri gərginləşdirməyə getmir. Bu durum Qərbə xoş gəlmədiyindən Gürcüstana qarşı belə münasibət sərgilənir.

Vəziyyətdən yararlanmağa çalışan gürcü müxalifəti isə xalqı küçələrə çıxmağa çağırıb. Gürcüstan müxalifəti əmindir ki, ölkənin Avropaya yolunda ən böyük maneə “Gürcü Arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvilidir.

Müxalifət artıq ölkə rəhbərliyinə ultimatum təqdim edib və tələblərin yerinə yetirilməsi üçün bir həftə vaxt verib. Tələbnamədə deyilir ki, əgər İrakli Qaribaşvili başda olmaqla hökumət bir həftə ərzində istefa verməsə, müxalifət iyulun 3-dən Tbilisinin mərkəzində çadırlar quraraq fasiləsiz mitinqlərə başlayacaq. Müxalifət hakimiyyətdən “milli barışıq hökumətinin” təşkil edilməsini də tələb edir. “Sirtsxviliya” (Rüsvayçılıq) qeyri-hökumət təşkilatının lideri Şota Diqmelaşvili bu qənaətdədir ki, hakimiyyət “avrointerqrasiya prosesi”ni iflasa uğradıb və nəticədə Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməyib. Növbəti mitinqdə tələbin oliqarxların Gürcüstanın siyasi-ictimai həyatından kənalaşdırılması olacağı bildirilir. Müxalifət hesab edir ki, “milli barışıq hökumətinə” siyasətçilər yox, peşəkarlar daxil olmalı, bu texniki hökumət Aİ-nin bütün tələblərini icra etməli və ölkəni növbədənkənar parlament seçkisinə hazırlamalıdır.

Gərginlik o həddə çatıb ki, baş nazir İrakli Qaribaşvili ölkənin Aİ-yə namizəd statusu almamasına səbəb olan “satqınlar və düşmənlər”in olduğunu deyib, hətta onların adlarını da çəkib. Müxalifət Qaribaşvilinin Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsinin ləngiməsinin heç bir halda fəlakətli olmadığı barədə fikirlərinə də etiraz edir. Baş nazir bildirib ki, ölkə Aİ-dən onun Avropa istəklərinin puça çıxmayacağına dair rəsmi sənəd alıb. Müxalifətdəki Milli Hərəkatın tanınmış nümayəndəsi Xatiya Dekanoidze Qaribaşvilini “qul və qorxaq” adlandırıb. Qaribaşvili isə imtina cavabının alınmasında müxalifəti günahlandırıb:

“Məhz sizin “səylərinizlə” biz Ukrayna və Moldovadan fərqli olaraq, müvəqqəti imtina aldıq. Parlamentin keçmiş spikeri David Bakradzenin Brüsselə necə getdiyini və bizə vizasız rejim verilməməsini xahiş etdiyini xatırlayıram. Mən müxalifət nümayəndəsi Georgi Kandelakinin Brüsseldə etdiyi iyrənc işlərdən danışmayacağam. Bu, hamıya məlumdur”.

Qaribaşvili Gürcüstanın Aİ və digər Avropa ölkələrindəki keçmiş səfiri, indi isə müxalifətdəki “Lelo” Partiyasının siyasi katibi olan Salome Samadaşvilini də sərt tənqid edib. Baş nazirin sözlərinə görə, Samadaşvili diplomat işləyərkən əldə etdiyi bütün əlaqələrdən istifadə edib və Gürcüstanın namizəd statusundan məhrum olması üçün səylər göstərib. “Burada, parlamentdə hələ də Brüsselə gedib ölkəmizə qarşı xəyanət edən insanlar var, avropalı tərəfdaşlar bu barədə mənə birbaşa deyirlər”, - deyə Qaribaşvili bildirib.

Qaribaşvili daxili satqınlardan xarici düşmənlərə də keçib və ilk sırada Ukrayna Ali Radasında “Xalqın qulluqçusu” fraksiyasının lideri David Araxamiyanı göstərib. Baş nazir deyib ki, dediklərinə görə cavabdehdir və o, Araxamiyanın Gürcüstana namizəd statusunun verilməməsini tələb etdiyi barədə məlumatı Avropa və Amerika siyasətçilərindən alıb. Qaribaşvili deyib ki, Araxamiya avropalılara ultimatum verib, Gürcüstana böhtan atıb, onu Rusiya şirkətlərinə Qərbin sanksiyalarından yan keçməsinə kömək etməkdə ittiham edib.

Qaribaşvili Gürcüstanın Ukraynadakı münaqişədən uzaqlaşmasını status almamasının digər səbəbi adlandırıb. O, Gürcüstanın İraq, Əfqanıstan, Kosovo və Mərkəzi Afrika Respublikasına rekord sayda əsgər göndərdiyini xatırladıb.

“35 nəfər beynəlxalq terrorizmlə mübarizədə dünya sülhü ideyası, NATO və Avropa İttifaqı ilə inteqrasiya uğrunda həlak olub. 500-ə yaxın əsgər ağır yaralanıb. Bu gün bizə birbaşa deyirlər ki, Ukrayna müharibə vəziyyətində olduğu üçün status alıb. Bəs bu gün bizdə müharibə olmadığına görə Gürcüstan cəzalandırılmalıdır?! Bunun mənası nədir?!”, – Qaribaşvili fikrini tamamlayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu