“Kiyevi 2 saata ələ keçirəcəklərini vəd edənlər haradadır?” - Ukraynalı nazir
Ukraynanın müdafiə naziri Aleksey Reznikov Ukrayna ordusunun 72 saat ərzində Rusiyalı hərbçilərə qarşı necə müqavimət göstərməsi ilə bağlı feysbuk səhifəsində paylaşım edib.
"Azadsəs.az” xəbər verir ki, ukraynalı nazir yazıb:
“Ölkəmizi və dünyamızı əbədi dəyişən üç gün. Kiyevi 2 saata ələ keçirəcəklərini vəd edənlərin hamısı haradadır? Haradadırlar? Mən onları görmürəm. Yalnız özlərinə necə haqq qazandırdıqlarını eşidirəm. Əvəzində sərhədçiləri, fədakar xilasediciləri, etibarlı polisləri, yorulmaz tibb mələklərini, öz vəzifəsini yerinə yetirən hər kəsi görürəm.
Mən minlərlə, minlərlə vətəndaş görürəm ki, əlinə silah alıb, ərazi müdafiəsi sıralarına qoşulub, döyüşür. Övladlarının, nəvələrinin gələcəyi üçün. Sevdikləri üçün. Atalarının xatirəsi üçün. Dövlətimiz üçün. Hamı – bütün dünya sizi görür! Qarşıda daha çox sınaqlar var. Amma indi qələbəmizə inanan tək biz deyilik. Qaranlıq çəkiləcək, sübhə az qalıb”.