Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
- 29-11-2020, 12:54
- Siyasət

“Biz ölkədə vəziyyəti gərginləşdirməməli, tədricən sabitləşdirməliyik. İndi ən vacibi əsirlərin, itkin düşənlərin və potensial olaraq gizlənmiş hərbçilərin problemidir, hansını ki, çox tez həll etmək lazımdır”, - deyə Paşinyan feysbukda yazıb.
Baş nazir daxili fikir ayrılıqlarının problemin həllini sürətləndirməyəcəyini də yazıb. “Problemin həlli yalnız bir halda sürətlənəcək. Əgər hamı başa düşsə ki, bununla bağlı daxili toqquşmalar olmayacaq”, - deyə paylaşımda bildirilir.
O qeyd edib ki, gələcəkdə kimin günahkar olması və kimin necə məsuliyyət daşıyacağı aydınlaşacaq. “Amma indi biz bir-birimizlə mübarizəyə deyil, problemin birgə həllinə diqqət yetirməliyik. Mən buna əminəm", - deyə Paşinyan qeyd edib.