İnsanlarla ünsiyyət ömrü uzadır

“PLOS Medicine” elmi jurnalında dərc olunmuş məqaləyə görə, insanlarla daimi ünsiyyət uzunömürlülük şanslarını xeyli artırır.
Bunu sübut etmək üçün alimlər 309 min insanın iştirakı ilə 148 sınaq müşahidəsi keçirib. 7.5 il ərzində aparılmış müşahidələr nəticəsində müəyyən olunub ki, möhkəm sosial əlaqələrə sahib insanları həyat davamlılığı 50% artır.
Bununla yanaşı, sosial təcridin insan üçün zərərli olduğu bir daha öz təsdiqini tapıb.