azadses.az » Cəmiyyət » Pandemiyadan sonrakı həyat...

Pandemiyadan sonrakı həyat...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində böyük maliyyə və insan resurslarının cəlb olunmasını, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və pandemiyaya yoluxan xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər.
Ölkəmizdə iyun ayının sonundan etibarən koronavirusa yoluxma hallarında stabilləşmə olsa da, bu vəziyyəti saxlamaq və müsbətə doğru dəyişmək, əsasən, cəmiyyətdən asılıdır. Əhali yeni həyat tərzinə nə qədər tez uyğunlaşarsa, pandemiyanın ömrü o qədər qısalar və karantin rejimi daha da yumşalar. Pandemiya bitdikdən sonra da fiziki məsafə və gigiyenik qaydalara riayət etmək həyat tərzinin bir hissəsi olmalı, məcburi sosial izolyasiya öz yerini könüllü sosial izolyasiyaya verməlidir. Yeni həyat tərzinə keçid pandemiyadan sonrakı dövrün əsas çağırışıdır.
Dövlət qurumları, özəl sektor və bütün cəmiyyət bu çağırışa uyğun fəaliyyət göstərməlidir. İqtisadiyyat Nazirliyi tərəfindən ötən həftə sahibkarlarla təşkil edilən onlayn görüş zamanı bildirilib ki, hazırkı şəraitdə cəmiyyət, eləcə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil.
Cəmiyyət yeni həyat tərzinə hazır olmalı, sahibkarlar da biznes fəaliyyətini yaranmış şəraitə uyğunlaşdırmalıdırlar. Qapalı məkanlarda maska taxılmalı, obyektlər mütəmadi olaraq dezinfeksiya edilməli, antiseptik vasitələrdən istifadə olunmalı, işçi heyətin maska və əlcəkdən istifadəsi təmin edilməli, vətəndaşların maskasız obyektlərə daxil olmasının və sıxlığın qarşısı alınmalı, fiziki məsafə qorunmalıdır. Cəmiyyət yeni qaydalara nə qədər tez vərdiş etsə, bu, hamı üçün bir o qədər səmərəli olar.
 
Sosial məsafə
Pandemiya tibb sahəsində problem olaraq başlasa da, tezliklə sosial, iqtisadi və s. sektorlara təsirlərini göstərməyə başladı. Yeni həyat tərzi cəmiyyətə sosial izolyasiya qaydalarını diktə edir. İnsanlar xəstəliyin ciddiliyini dərk etməli, risk altında olduqlarını anlamalı və buna görə də, sosial məsafəni gözləməlidirlər. Sosial məsafə yalnız fiziki məsafə saxlamaqla məhdudlaşmır. Bu, həm də elektron xidmətlərin köməyi ilə fəaliyyətin məsafədən idarə olunmasıdır. Yeni həyat tərzi rəqəmsal tələblərin daha operativ həyata keçirilməsini tələb edir. Vətəndaşlar rəqəmsal biliklərə yiyələnməli, mümkün qədər elektron xidmətlərdən faydalanmalı və məsafəli xidmətin imkanlarını genişləndirməlidirlər. Məsafədən iş, elektron ticarət və elektron növbə sistemi və s. rəqəmsal sistemlər yeni həyat tərzinin əsas elementləridir.  Bu resurslardan geniş istifadə təhlükəsizliyin təmin olunması, elektron hökumətin inkişafı və vaxtın səmərəli istifadəsi baxımından çox əhəmiyyətlidir.
 
Dövlət-vətəndaş və dövlət-biznes münasibətlərində yeni mərhələ
Pandemiyanın məşğulluğa, gəlirlərə, fəaliyyət sahələrinə təsiri ən çox iqtisadiyyatda özünü büruzə verdi. İqtisadi islahatların bu təsirlərə adekvat və çevik reaksiyası sosial gərginliyi aradan qaldırdı. Bir çox ölkələrdən fərqli olaraq, dövlətin büdcədən ayırdığı vəsait hesabına Azərbaycanda əhalinin gəlirləri azalmadı. Bununla da dövlət-vətəndaş və dövlət-biznes münasibətlərində yeni mərhələnin başlanğıcı qoyuldu. İşçilərinin sayını olduğu kimi bəyan edən işəgötürənlər, əmək müqaviləsi ilə çalışan işçilər, sağlam biznes quran şirkətlər, fəaliyyətini dövlət uçotuna alınaraq quran sahibkarlar, gəlirlərini düzgün bəyan edən obyektlər, vergisini vaxtında ödəyənlər və bir sözlə, şəffaf fəaliyyət göstərənlər dövlətdən yardım aldılar. Yeni həyat tərzi biznesə həm də şəffaf olmağın üstünlüklərini diktə edir. İqtisadi alətlər gəlirlə yanaşı, təhlükəsizlik tədbirlərini də təmin etdi. Azərbaycanda qısa bir zamanda maska, spirt, antiseptik vasitələr, tibb sahəsində effektiv nəticə verən kimyəvi məhsulların hazırlanması üzrə ixtisaslaşmış zavodların fəaliyyətə başlaması cəmiyyətin xəstəliklə mübarizə immunitetini artırdı. Maska taxmaq yeni həyat tərzinin əsas elementlərindəndir və ölkəmizdə bu qoruyucu vasitə kifayət qədərdir. Dövlətin biznesə dəstəyinin cəmiyyət üçün faydalı formulu Azərbaycanda uğurla təcrübədən keçirildi. Vətəndaşlar da sağlamlıqlarının təmin edilməsi üçün görülmüş işlərin miqyasını, əhəmiyyətini və humanist mahiyyətini anlayaraq maska və antiseptik vasitələrdən istifadəni həyat tərzinə çevirməlidirlər.
 
Hamımız hər kəs üçün...
Hər bir xalqın xarakterini müəyyən edən etnik, milli xüsusiyyətlər mövcuddur. Azərbaycan xalqının mənəvi qayəsində xeyirxahlıq mühüm məfhumdur. Əsrlərdən bizə miras qalan bu xüsusiyyət illər boyu mesenatlarımızın əməllərində özünü büruzə verərək, bu gunumüzə qədər gəlib çıxıb. Pandemiya dövrü bu milli xüsusiyyətin bir daha da sərgilənməsinə zəmin yaratdı. Dövlət, biznes və cəmiyyət birlikdə hərəkət edərək virusla mübarizə aparanlara dəstək oldular. Koronavirusla Mübarizəyə Yardım Fonduna ianələr cəmiyyət qarşısında sosial məsuliyyət məfhumunu, humanitar təşəbbüsləri və dəstək alətlərini təcəssüm etdirir. Pandemiya dövründə könüllülərin fəaliyyəti təqdirəlayiq təşəbbüs oldu. Onların yaşlı nəslə qayğıya yönəlmiş fəaliyyəti milli mənəvi dəyərlərimizin gənclər tərəfindən davam etdirilməsi idi. 
Pandemiyadan sonrakı dövr hər birimizin atdığı addımlardan çox asılıdır. Virus kütləvi yayılma xarakterinə malikdir və bunun üçün ona qarşı birgə mübarizə aparmaq lazımdır. Bu mübarizə vasitələri maska, sosial məsafə, əlləri yumaq və bir sözlə təmizlikdir. Xalqımızın daha bir etnik xüsusiyyəti də elə təmizlikdir. Milli xüsusiyyətlərimizə sadiq qalaraq həmrəy olmaq, ətrafımızı qorumaq, məsuliyyətimizi anlamaq, insanlarımızın sağlamlığına töhfə vermək üçün məsuliyyətli davranışlar sərgiləmək və qaydalara əməl etmək hər birimizin mənəvi və sosial borcudur...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu