Ermənistan Baş Prokurorluğundan seçkilərdə qanun pozulması halları ilə bağlı növbəti AÇIQLAMA - YENİLƏNİB
Ermənistanın Baş prokurorluğu ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınmış qanun pozuntuları ilə bağlı yeni məlumat açıqlayıb.
Məlumata əsasən, gün ərzində orqana 319 pozuntu halı ilə əlaqədar müraciət daxil olub.
Onların 150-də cinayət tərkibi aşkar olunub. Altı müraciət üzrə cinayət işi qaldırılıb.
144 iş isə istintaq və sənədlərin hazırlnaması üçün müvafiq şəkildə yönləndirilib.
18:02
Ermənistanın Baş Prokurorluğuna seçki prosesində qanunları pozulması ilə əlaqədar 64 məlumat daxil olub.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
“Bunlar, xüsusən səsvermənin gizliliyinin, seçki siyahılarının tərtib edilməsi prosedurunun pozulması, çoxsaylı səsvermə, rüşvət almaq və ya vermək, seçki hüquqlarının həyata keçirilməsinə mane olmaq, seçki məntəqələrində və ya ətraf ərazilərdə zorakılığa əl atmaqla əlaqədardır”, - deyə Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Edqar Arsenyan bildirib.