Seçkilərdə qanun pozan məntəqə sayı
- 26-12-2019, 12:25
- Manset
MSK başçısı nəticələrin 25 günə elan ediləcəyini deyib
Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qanun pozuntularının baş verdiyi məntəqələrin sayı açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, ümumilikdə 20 seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.
Onun sözlərinə görə, pozuntularla bağlı daxil olan müraciətlər və sosial şəbəkələrdə yayımlanan pozuntuların görüntüləri 9 bələdiyyə üzrə 20 məntəqəyə aiddir.
Onun sözlərinə görə, seçki məntəqələrinin təqribən 92 faizindən çoxundan daxil olan məlumatlar əsasında dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub. M.Pənahov bildirib ki, bələdiyyə seçkilərinin nəticələri qanunvericiliyə uyğun şəkildə açıqlanacaq.
Yekun nəticələr 20 günə araşdırılıb başa çatmalı və təsdiq edilməlidir. Seçkilərin yekun nəticələri ən geci 25 gün müddətində ictimaiyyətə təqdim edilməlidir.