12 yaşlı məktəbli doqquz yaşlı qızı qardaşlarının gözü qarşısında zorlayıb
- 6-05-2021, 13:00
- Dünya

Qorxunc hadisə barədə E1.RU xəbər yayıb.
Məlumata görə, yeniyetmələr qızı tonqal qalamaq adı ilə meşəyə aparıblar. Burada uşaqlardan böyüyü qızı yerə yıxıb, paltarını soyundurub və qardaşlarının gözü qarşısında zorlayıb.
Təcavüzdən sonra qız anasının işinə gedərək hər şeyi danışıb. Uşaq xəstəxanaya aparılıb. Qonşuların sözlərinə görə, qız çox sakit və sadəlövh qızdır. Onun atası ilə anası boşanıb.
Məktəblilərə gəlincə isə onların yoxsul ailədən olduqları, anasının sovxozda sağıcı işlədiyi və uşaqlarına tək baxdığı məlumdur.
Hazırda məktəblilər ev həbsindədirlər. Yaşları ilə əlaqədar onlar cinayət məsuliyyətinə cəlb edilməyəcəklər.