Braziliyalılar eyni zamanda koronavirusun iki növünə yoluxublar
- 29-01-2021, 08:37
- Dünya
Bu barədə “Reuters” xəbər yayır.
Hər iki yoluxma halına ölkənin cənub hissəsində rast gəlinib. Xəstələrdə COVID-19-un yüngül simptomları olub, birində quru öskürək, digərində isə öskürək, boğaz və baş ağrısı müşahidə edilib.
Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Qeyd edək ki, Braziliya COVID-19 xəstələrinin sayına görə ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir. Pandemiyanın bütün dövründə ölkənin doqquz milyondan çox sakinində koronavirus qeydə alınıb, virusdan ölüm sayı isə 200 mini keçib.Oxu.az