Главная > Dünya > Braziliyalılar eyni zamanda koronavirusun iki növünə yoluxublar
Braziliyalılar eyni zamanda koronavirusun iki növünə yoluxublar29-01-2021, 08:37. Разместил: azadses |
Bu barədə “Reuters” xəbər yayır. Hər iki yoluxma halına ölkənin cənub hissəsində rast gəlinib. Xəstələrdə COVID-19-un yüngül simptomları olub, birində quru öskürək, digərində isə öskürək, boğaz və baş ağrısı müşahidə edilib. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Qeyd edək ki, Braziliya COVID-19 xəstələrinin sayına görə ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir. Pandemiyanın bütün dövründə ölkənin doqquz milyondan çox sakinində koronavirus qeydə alınıb, virusdan ölüm sayı isə 200 mini keçib.Oxu.az Вернуться назад |