Koronavirus peyvəndinin altı aydan bir təkrarlanması təklif olunur
Həkimlər hələ ki, koronavirus peyvəndinin təsirinin nə qədər davam edəcəyini bilmirlər.
TASS-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bəyan edib.
Onun sözlərinə görə, həkimlər peyvəndin altı aydan bir və ya ildə bir dəfə təkrar vurdurmağın vacib ola biləcəyini hesab edirlər.
“Düşünürəm ki, insanları yenidən peyvənd etməli ola bilərik, çünki bu vaksinlərin qoruyucu təsirinin nə qədər olduğunu bilmirik. İnsanları hansı intensivlikdə peyvənd edəcəyimiz haqqında məlumat yoxdu”, - deyə o, etiraf edib.