azadses.az » Cəmiyyət » Yaşı 65-dən yuxarı olan şəxslərin NƏZƏRİNƏ

Yaşı 65-dən yuxarı olan şəxslərin NƏZƏRİNƏ

Bütün dünyada təkrar yoluxma halları var. Ona görə də yoluxmuş şəxs arxayınlaşmamalıdır ki, bu xəstəliyi keçirmişəm və qorunma tədbirlərinə ehtiyac yoxdur. Birinci dəfə xəstəliyi keçirənlər ikinci dəfə onu simptomsuz keçirə bilərlər. Bu da yoluxma saylarının artımına səbəb ola bilər. Çünki həmin şəxslər infeksiya mənbəyinə çevrilə bilərlər. Bəzi vətəndaşlar indiyədək yoluxmadıqlarına görə bundan sonra xəstələnməyəcəklərini düşünürlər. Bu, düzgün deyil. Çünki həmin xəstəliyə hər kəs yoluxa bilər. Qorunma tədbirlərinə düzgün əməl edilsə, bu, baş verməyə də bilər.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.
 
"Vətən Müharibəsi başlayanda biz vətəndaşlara müraciət etdik ki, virusa az yoluxma halları və az xəstələnmə halları qeydə alınması üçün hər kəs əlindən gələni etsin. Çünki bizim səhiyyə sistemimiz həmin dövrdə orduya xidmət etməlidir. Bu məsələ aktuallığını saxlayır. Çünki hələ də yaralı əsgərlərimizin müalicəsi davam edir. Hər birimiz səhiyyə sisteminin yüklənməsinə səbəb olmamağa çalışmalıyıq. Yoluxma sayı çox olduqca, xəstələnmə hallarının sayı, nəticədə isə ağır xəstələrin sayı artır. Onların da müalicəsi xəstəxanalarda aparılır. Həmin xəstələrə tibb işçiləri xidmət edirlər. Yaralı əsgərlərə də tibbi xidmətin göstərilməsinin vacibliyini unutmamalıyıq. Ona görə də qorunma tədbirlərinə əməl etmək daha vacibdir. Hamımız qorunma tədbirlərinə, qaydalara ciddi əməl etsək, o zaman yoluxma saylarını azalda bilərik. Vətəndaşların bir qisminin məsuliyyət nümayiş etdirməsi ilə buna nail ola bilmərik. Qorunma tədbirlərinə, hamının bildiyi qaydalara düzgün riayət edilməlidir. Maska tənəffüs yollarını örtmürsə, bu, onu nəyinsə xatirinə gəzdirməkdən başqa bir şey deyil. Qapalı məkanlarda, sıx təmasların olduğu yerlərdə maska istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bilməliyik ki, maskanı hələ uzun müddət istifadə etməliyik. Çünki pandemiyaya hələ qalib gəlməmişik. Digər, tərəfdən məsafə saxlanılması vacibdir. Əgər bu, mümkün deyilsə maskanın düzgün istifadəsi bizi yoluxmadan qoruyar. Maska taxılması, məsafə saxlanılması, əl gigiyenasına əməl edilməsi nəinki koronavirusdan, mövsüm üçün xarakterik olan digər respirator infeksiyalardan da qorunmağımıza kömək edir. Həmin qaydalara əməl olunsa, yoluxma saylarında əhəmiyyətli azalmaya şahid ola bilərik. Daha biz gözləməməliyik ki, hamı yoluxsun, xəstələnsin, hər kəsdə immunitet yaransın, sonra yoluxma sayları azalmağa başlasın. Bu, çox uzun müddət vaxt aparar və koronavirus səbəbindən vəfat edənlərin sayı çox ola bilər", - deyə A.Qurbanov qeyd edib.
 
Onun sözlərinə görə, hələ əvvəlki koronavirus infeksiyalarından sonra dayanıqlı immunitet yaranmadığı, ona görə də təkrar yoluxmanın mümkünlüyü deyilirdi. Bu, COVID-19-da özünü doğrultdu: "Bir neçə ay öncə Avropadan təkrar yoluxma hallarının olması ilə bağlı xəbərlər gəldi. Həmin xəbərlər getdikcə çoxalır. Təkrar xəstələnmə zamanı xəstəliyin özünü necə göstərməsinə dair sübut olunmuş məlumatlar yoxdur. Lakin bu zaman ən yüngül xəstəlik halından ən ağırına qədər müşahidə oluna bilər. Xəstəliyin hansı hallarda yüngül və ağır gedişə malik olacağı araşdırılmalıdır. Heç kim arxayınlaşmamalıdır ki, mən yoluxub sağalmışam, daha yoluxmayacam. Biz yenidən yoluxa bilərik. Hazırda təkrar yoluxmanı proqnozlaşdırmaq mümkün deyil. Çünki bu barədə kifayət qədər sübut və materiallar yoxdur.
 
Adətən 65 yaşdan yuxarı olanlar risk qrupu adlandırılır. Xəstəliyin ağır keçirilməsi nəzərindən risk qrupları var ki, bura yaşlılar və xroniki xəstəliyi olanlar aid edilir. Yoluxma riskinə məruz qalanlara isə sıx təmasda olanlar daxil edilir. Məsələn, həkimlər, müəllimlər, gündəlik həyatda daha çox təması olanlar. Onlar xəstəliyin ağırlıq nöqteyi-nəzərindən risk qrupu hesab olunmurlar".
 
Professor bildirib ki, pandemiyanın nə vaxt bitəcəyini elmi cəhətdən proqnozlaşdırmaq olar: "İnsanların 70 faizinin, yəni üçdə ikisinin orqanizmində koronavirusa qarşı immunitet yaranacağı zaman virus aramızdan gedəcək. Hazırda bütün dünyada insanların az bir qismi yoluxub. Əhalinin bir qrupu xəstəliyi keçirib sağalaraq immunitet qazanacaq. 70 faizin digər hissəsi isə vaksinlə tənzimlənəcək. Gələn ildən vaksinlərin gələcəyi gözlənilir. Virus da canlıdır, həssas orqanizm tapa bilməsə, bizim aramızda yaşaya bilməz. Onu da qeyd edim ki, Azərbaycan dövlət səviyyəsində ən effektiv və təhlükəsiz vaksinlərin alınması üçün tədbirlər görür".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu