Praqada ermənilərin təxribatının qarşısı alındı
- 16-12-2020, 08:09
- Dünya

''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Məsələyə çevik reaksiya verən diaspor fəallarımız şüarların yazıldığı kağızları qopararaq həqiqəti əks etdirməyən yazıların Lennon Divarına ləkə salmasına yol verməyiblər.
Qeyd edək ki, “Beatles” qrupunun əfsanəvi üzvü Con Lennonun şərəfinə yaradılmış divar Praqada turistlərin ziyarət etdikləri yerlər sırasına daxildir. Qraffiti və şeirlərin əks olunduğu bu divar sülh və sevginin təcəssümünə çevrilib.
