azadses.az » Cəmiyyət » Noyabrın 2-dək ölkədə qoyulan qadağaların SİYAHISI

Noyabrın 2-dək ölkədə qoyulan qadağaların SİYAHISI

Azərbaycanda mart ayından başlayan koronavirus pandemiyası ilə mübarizə bu gün də davam edir. Sentyabr ayının əvvəlində 100 ətrafında qeydə alınan gündəlik yoluxma sayı ötən həftələrdə 50-dən də aşağı düşsə də, bu günlərdə artıq 200-ü keçib. Bunun səbəbi isə vətəndaşların bəzi qaydalara hələ də laqeyd yanaşmasıdır.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda xüsusi karantin rejimi Nazirlər Kabinetinin qərarı ilə noyabrın 2-dək uzadılıb. Bu müddətədək vətəndaşlar bütün situasiyalarda bu 3 qaydada əməl etməlidirlər: maska taxmaq, sosial məsafəni qorumaq,dezinfeskiya qaydalarına əməl etmək.
 
Son günlər dünyanın bir çox ölkəsində, xüsusilə qonşu Gürcüstan və düşmən Ermənistanda gündəlik yoluxma sayı 600-ün üzərindədir. Bu ölkələrdə əhalinin sayının Azərbayanla müqayisədə bir neçə dəfə az olmasını nəzərə alsaq, orada vəziyyətin acınacaqlı olduğunu deyə bilərik. Bu gün Rusiyada isə 12 mindən çox insanın virusa yolxuduğu müəyyən olunub. Bolqarıstanda son iki gün ərzində ard-arda rekord qeydə alınaraq yoluxma sayı 600-dən artıq olub. Avropanın digər ölkələrində də yoluxma sayı sürətlə artır.
 Azərbaycanda isə mart ayından tətbiq edilən xüsusi karantin rejimi və buna ciddi nəzarət, dövlətin səhiyyə sahəsinin inkişafı üçün atdığı addımlar sayəsində vəziyyət nəzarətdə saxlanılır. Lakin son günlər insanlarda yaranan arxayınlıq, laqeydlik yenidən yoluxma sayının artmasına səbəb olub. Üç qızıl qaydaya əməl olunmazsa, yoluxma sayı bugünküdən dəfələrlə artıq ola bilər, bu da tibb sahəsini yenidən kritik vəziyyətə sala bilər. Bunun baş verməməsi üçün əhali mütəmadi olaraq ictimai nəqliyyatda – marşrutlarda, metroda və taksidə maskadan istifadə etməli, qapalı məkanlar, iaşə obyektlərində masadan kənarda maska taxmalı, əllərini tez-tez yumalı, dezinfeksiya etməlidir.
 
Azərbaycanda sərtləşdirilmiş karantin rejimindən mərhələli şəkildə çıxaraq qismən yumşalmaya gedilib, məsələn, rayonlar və Bakı arası gediş-gəlişə qoyulan məhdudiyyət götürüldü, kafe və restoranların qapalı şəkildə işləməsinə icazə verildi, repetitor xidmətinin 10 nəfərədək fəaliyyətinə icazə verildi. Lakin xüsusi karantin rejiminə uyğun olaraq noyabrın 2-dək qüvvədə olan qadağalar var.
 
Həmin qaydaları təqdim edirik:
 
- yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış;
- ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları;
- “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;
- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi;
- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla); 
- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili;
- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə;
- istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
- muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;
- idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
- masaj və hamam xidmətlərinin göstərilməsi;


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 48 yaşlı qadın dəm qazından ölüb
  2. Gədəbəydə 4 otaqlı ev yanaraq külə dönüb
  3. Bu ilin iki ayı ərzində 39 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
  4. Xaçmaz rayonunda yol qəzası olub, yaralananlar var
  5. Bakıda ölümlə nəticələnən yol qəzası olub
  6. Şabranda ana və övladı dəm qazından zəhərlənib, biri ölüb
  7. Hövsan qəsəbəsinin mərkəzi hissəsində işıq olmayacaq
  8. Lerikdə zəlzələ olub
  9. İsmayıllı rayonunda zəlzələ olub
  10. Sumqayıtda 17 yaşlı gənc binadan yıxılaraq ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Balet ustası Tamilla Şirəliyeva vəfat edib
Balet ustası Tamilla Şirəliyeva vəfat edib
Balet ustası Tamilla Şirəliyeva vəfat edib. Bu barədə “Report”a Akademik Opera və Balet Teatrından məlumat verilib. Məlumat üçün Ətraflı
Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar