azadses.az » Cəmiyyət » Müharibə qaçılmazdır, vəziyyət buna doğru gedir – Hərbi ekspert

Müharibə qaçılmazdır, vəziyyət buna doğru gedir – Hərbi ekspert

“Ermənistan Azərbaycana ikinci yol saxlamayıb. Dövlətimiz yəqin ki, lazım olan addımı atacaq. Düşmənin son təxribatları isə onu deməyə əsas verir ki, müharibə qaçılmazdır və buna görə də Xarici İşlər Nazirliyi məlumat yaydı ki, bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
''Azad Səs'' İnterpress.az-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, müharibə qaçılmazdır və yalnız güc hesabına düşməni ram edib, yerində otuzdura bilərik: “Müharibə olmalıdır. Çünki hazırda vəziyyət bu istiqamətə doğru gedir. Son vaxtlar Ermənistan həddindən artıq həyasızlaşıb və təxribatlara ara vermir. Goranboy istiqamətində təxribat nəticəsində bir erməni zabiti əsir götürüldü. İndi də qərb istiqamətində – Şəmkirdə Ermənistana məxsus pilotsuz uçuş aparatının (PUA) mövqelərimizə daxil olması, onun sonradan məhv edilməsi, o cümlədən bu gün səhər saatlarında Tovuz istiqamətində hərbi qulluqçumuzun düşmən təxribatı nəticəsində şəhid olması onu deməyə əsas verir ki, Azərbaycan Müdafiə Nazirliyi lazım olan addımı atacaq və atır. Düşmənə layiq olduğu cavab isə verilib”.
Ü.Cəfərov bildirib ki, hazırkı vəziyyətin real döyüş əməliyyatlarına keçib-keçməyəcəyini əvvəlcədən demək olmur: “Biz sadəcə olacaqları təxmin edə bilərik. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev milli televiziyalarımıza verdiyi müsahibəsində də bu fikrə toxundu ki, Ermənistan faktiki olaraq öz hərəkətləri ilə danışıqlar prosesindən çıxıb. Danışıqlar dayandırılıb və ikinci yol güc amilidir. Azərbaycan da bunu mütləq şəkildə tətbiq edəcək. Bunun nə zaman olacağını dəqiqliklə deyə bilmərik. Amma vəziyyət o istiqamətə gedir ki, ölkəmiz məcburiyyət qarşısında qalıb bu addımı atmalıdır və atacaq. Ermənistan və havadarları Azərbaycana qarşı çox məkrli plan hazırlayıblar.
Ermənistan öz layiq olduğu cəzanı yaxın günlərdə almalıdır. Çünki bu qədər səbir, dözüm nümayiş etdirmişik. Ölkə başçısı da jurnalistlərə müsahibəsində bildirdi ki, beynəlxalq qurumlar vəziyyətin gərginləşməsində bir qədər maraqlı görünürlər. Ermənistan hakimiyyəti Suriyadan, Livandan və digər yerlərdən erməniləri gətirərək Qarabağda qeyri-qanuni məskunlaşdırma həyata keçirir. Ancaq beynəlxalq təşkilatlar buna heç bir halda reaksiya göstərmirlər. Onlar vəziyyət gərginləşəndən sonra peyda olacaqlar. Amma müharibə qaçılmazdır”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  2. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  3. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  4. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  5. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  6. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  7. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  8. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  9. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  10. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar