azadses.az » Siyasət » “Azərbaycan Ordusu hərbi əməliyyatlara tam hazırdır”

“Azərbaycan Ordusu hərbi əməliyyatlara tam hazırdır”

"Əvvəllər ordumuzun şəxsi heyəti hərbi texnikanı sadəcə görürdü, texnikadan istifadə edə bilmirdi. Bu gün isə müasir texnikadan istifadə edərək döyüş qabiliyyətini artırır".
Bunu "MediaPost”a açıqlamasında ordudakı islahatlardan danışan hərbi ekspert Ramil Məmmədli deyib.
Hərbi ekspert bildirib ki, 2013-cü ildən orduda başlayan islahatlar, son 6 ildə Azərbaycan Ordusunun yenilənməsi - peşəkar və müasir ordular sırasına daxil olması üçün görülən işlərin faktlarıdır:
"Ordu sahəsindəki faktlar düşməni narahat etməyə bilməz. Bu narahatlıq ordumuzun müasir hücum texnikası ilə silahlanmasına görədir. Bu gün Azərbaycan təkcə Rusiyadan və İsraildən hər biri ayrı-ayrılıqda 5 milyard ABŞ dolları həcmində silah və texnikanın əldə olunmasına dair prosesin icrasını həyata keçirir. Bununla yanaşı, müdafiə sənayesi sektorunda dünyanın ən yaxşı şirkətlərinin məhsulları alınır. Bu göstəricilər düşmən tərəfin gərginliyinə, qorxusuna səbəb olur. Ordu təchizatında olan müasir silahlar düşməni məhv etmək üçün onların mövqelərinə tuşlanıb. Bununla da, Azərbaycan Ordusunun hərbi əməliyyatlara tam hazır olduğuna deyə bilərik”.
R. Məmmədlinin sözlərinə görə, Azərbaycan Ordusunun 2015, 2016, 2018-ci illərdə erməni hərbi birləşmələrinə qarşı uğurlu əməliyyatları bu cür zərbələrin davamlı olacağını istisna etmir: 
"Ordumuz son illərdə hücum silahlarına üstünlük verir, əldə etdiyimiz silah və texnikaların təyinatı hücum xarakterlidir və qısa müddətdə düşməni məhv edərək ərazilərimizin işğaldan azad edilməsi üçün nəzərdə tutulub. Bir sözlə, hər an başlana biləcək hərbi əməliyyatlar müasir döyüş təcrübəsinə əsaslanacaq”.
"Əvvəllər təmas xəttinə yaxın ərazilərdəki bölmələrin dislokasiya yerlərində, əsgər yataqxanalarında şərait standartlara cavab vermirdi. Hərbi hissələr, əsgər yataqxanaları köhnədən qalma və sonradan təmir olunmayan binalarda yerləşirdi. Lakin cəbhəboyu zonaya və ön xəttə səfərlərimdə gördüm ki, 6 ildir bu məsələlərdə ciddi dönüş başlanıb. Hazırda islahatlar davam edir, hərbi hissələr təmir olunub, yeniləri tikilərək istifadəyə verilib, hərbçilərimiz müasir tələblərə cavab verən yataqxanalarla təmin edilib” - deyə, hərbi ekspert bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib