azadses.az » Cəmiyyət » Ev alarkən geri qaytarılan min manatlar: ƏDV mexanizmi necə işləyir? - AÇIQLAMA + FOTO

Ev alarkən geri qaytarılan min manatlar: ƏDV mexanizmi necə işləyir? - AÇIQLAMA + FOTO

“ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir:

“Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsi bonus olaraq ona geri qaytarılacaq”.

Deputatın bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi şəxslər zənn edirlər ki, 50 min manatlıq ev alıbsa, bunun 15 mini ona geri qaytarılacaq.

Maraqlıdır, bu məsələ hansı şəkildə tənzimlənəcək?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, əmlakın dəyəri nağdsız qaydada ödənməlidir:



“Bu, vacib məsələdir. Alışdan sonra ƏDV-nin bir hissəsi qeyri qaytarıla bilər. Kredit götürüb ödənişi tam bağlayırsınızsa, mənzili dərhal ala bilərsiniz, mümkündür. Alqı-satqıdan 90 gün keçmədən bu qeydiyyatı aparmaq lazımdır.

Əgər vətəndaşın aldığı əmlakın sahəsi 500 kvadratmetrdən çox, məsələn, 600 kvadratmetrdirsə, onun ancaq 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın bir kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır”.

X.Kərimli qeyd edib ki, məqsəd şəffaflıq prosesini həyata keçirməkdir:

“ƏDV geri al” layihəsinin əsas məqsədi şəffaflaşma prosesidir. 2021-ci ilin martından bu layihəni test edirik. Marketlərdə insanlar çalışırlar ki, qəbz əldə etsinlər, ödənişlərini kartla etsinlər.

Nağdsız ödəmələr insanların həvəsləndirilməsidir. Bu, alqı-satqının qanuniliyini təsdiq edir. Vergi ödənişlərinin də büdcədən yayınmasının qarşısını alır. İnsanların nağdsız ödəmələrini təkmilləşdirir, artırır”.

İqtisadçı əlavə edib ki, əsas məqamlardan biri yeni tikilən binalarda alqı-satqıları rəsmiləşdirmək və yaxşılaşdırmaqdır:

“ƏDV-nin bir hissəsini geri aldıqlarına görə insanlar alqı-satqını rəsmiləşdirməyə maraqlı olurlar. Əsas məqam - tikinti sahəsində əməliyyatların şəffaflaşdırılması və təmin edilməsidir. Ödənilən ƏDV-nin 30 faizi geri qaytarıldığı üçün insanları cəlb edir.

Tutaq ki, 150 minlik əmlak alırsınızsa, bunun 123 mini əsas məbləğdir, 27 mini ƏDV-dir. 27 min manatın 30 faizini hesablayır, 8 min 100 manat ƏDV-ni geri qaytarırlar. Qiymət də 141 minə düşür”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib