Pensiyaçının vəsaiti kartında nə qədər müddətə saxlanıla bilər?
- 25-09-2020, 11:16
- Cəmiyyət

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
Onun sözlərinə görə, pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər: “DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir. Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirlər”.