azadses.az » Cəmiyyət » Çarəsiz ananın köməyə ehtiyacı var: “Artıq bir övladımı itirmişəm, daha bir itkiyə dözə bilmərəm” - FOTO

Çarəsiz ananın köməyə ehtiyacı var: “Artıq bir övladımı itirmişəm, daha bir itkiyə dözə bilmərəm” - FOTO

15 yaşlı qızı İlhamə Nağızadə beta talassemiyanın ağır formasından əziyyət çəkən Günay Əsgərova kömək çağırışı ilə müraciət edib. Qadın artıq ilk övladını onda aşkarlanan qan problemlərinə görə itirib. Buna baxmayaraq, o təslim olmur və qızını xilas etmək üçün əlindən gələni edir.

2016-cı ildə həmyerlilərinin maddi yardımı sayəsində Almaniyada İ.Nağızadənin sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Lakin qızın vəziyyəti yenidən pisləşib və transplantasiyanın mənfi nəticələrinə görə dərisində zədələnmələr başlayıb.

“Bu ilin mart ayında Almaniyaya getdik, orada bizə dedilər ki, İlhamə klinikada üç aylıq reabilitasiya kursu keçməlidir. Əks halda, qızın orqanı imtina edəcək”, - G.Əsgərova deyir.

Müalicə xərcləri üçün 200 min avro lazımdır (359 768 manatdan çox). İlhamənin anası təkbaşına bu məbləği ödəyə bilmir.

“Mən tənha anayam. İldə 2-3 dəfə Almaniyaya gedirik. Noyabrda isə növbəti müayinənin vaxtıdır. Hər müalicəyə isə 19-29 min avro arası pul xərclənir. Qızımın sağalması üçün dostlardan borc alıram, bankdan kredit götürürəm. Mən maaşımla yalnız kirayə pulunu ödəyə bilirəm”, - deyə o bildirib.

“200 min avro böyük məbləğdir. Amma 35 min adam bizə cəmi 10 manat göndərsə, qızımı xilas edə bilərik. Reabilitasiyadan sonra o, nəhayət, normal yaşaya biləcək. Düzdür, təəssüf ki, gələcəkdə o, ana ola bilməyəcək”, - deyə qadın qeyd edib.

G.Əsgərova bildirir ki, xalqın köməyinə ehtiyacı var:

“Qızım əlaçıdır, ingilis və alman dillərini mükəmməl bilir. Mən artıq bir övladımı itirmişəm və daha bir itkiyə dözə bilmərəm. Hər kəsdən buna biganə qalmamağı xahiş edirəm”.

Günay Əsgərovanın probleminə həssas yanaşmağa və bacardıqca kömək etməyə çağırırıq.

İlhamənin anası ilə 055 989 54 74 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Yardım üçün pulu bank hesabına köçürmək olar: 4169 7377 0706 4693.














DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - YENİLƏNİB
  2. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  3. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  4. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  5. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  6. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  7. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  8. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  9. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  10. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına Ətraflı
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?