azadses.az » Cəmiyyət » Göygöldə gənclər təşkilatları üçün “Yay təcrübə məktəbi” düşərgəsi yekunlaşıb - FOTO

Göygöldə gənclər təşkilatları üçün “Yay təcrübə məktəbi” düşərgəsi yekunlaşıb - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün 17-22 avqust tarixlərində keçirilmiş altı günlük yay təcrübə məktəbi uğurla yekunlaşıb.

100 nəfər gəncin iştirak etdiyi düşərgənin əsas məqsədi gənclər təşkilatlarının rəhbər və fəal nümayəndələrini bir araya gətirməklə gənclər təşkilatları və dövlət qurumlarının nümayəndələri ilə birlikdə gənclərlə bağlı bir sıra məsələləri müzakirə etmək, həmçinin təhsil/qeyri-formal təhsil, karyera və məşğulluq, özünüinkişaf, liderlik mövzularında görüş və təlimlərin keçirilməsidir.

Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, həmçinin fəal üzvlərinin şəbəkələşməsinin təmin edilməsi, aktual və zəruri istiqamətlərdə bilik və bacarıqlarının artırılması, o cümlədən gənclərlə iş sahəsində təcrübə mübadilələrinin və yeni təkliflərin verilməsi də əsas məqsədlər sırasına daxildir.

Qeyd edək ki, proqram çərçivəsində ilk günlər iştirakçıların şəbəkələşməsi məqsədi ilə proqramın moderatoru Fəxri Məhəmmədzadə tərəfindən komanda quruculuğu oyunları, müxtəlif “vörkşop” və “enercayzer”lər keçirilib. Düşərgənin ikinci günü gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Göygöl rayonunun icra başçısı Elvin Paşayev və Milli Məclisin deputatı Pərvin Kərimzadə ilə iştirakçıların görüşü baş tutub, “Gənclərin inkişafında gənclər təşkilatlarının rolu” mövzusuna dair ətraflı müzakirələr aparılıb.

Düşərgənin sonrakı günlərində Milli Məclisin deputatı Naqif Həmzəyev, GİKM-in baş direktoru Ramtiq Alızadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin icraçı direktoru Aygün Əliyeva, NAYORA-nın sədr müavini Ülviyyə Axundova, İdarə Heyətinin üzvü Nigar Ələsgərova, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu və Göygöl rayon YAP sədri Vüqar İsayev, NAYORA-nın baş katibi Ramin Həbibzadə, İdarə Heyətinin üzvü Orduxan Qəhrəmanzadə və Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin sədri İlyas İsmayıllı kimi dəyərli qonaqların iştirakı ilə müxtəlif mövzular ətrafında görüşlər və MNTK üzvü Rəsul Quliyevin moderatorluğu ilə panel müzakirələri keçirilib.

Qeyd edək ki, asudə vaxtın səmərəli dəyərləndirilməsi məqsədi ilə İdarə Heyətinin üzvü Azad Manaflının moderatorluğu ilə intellektual oyun keçirilib, Göygöl Gənclər Evi və Göygöl Milli parkına infotur edilib. Daha sonra gənclər təşkilatlarının sərgisi və infosessiya baş tutub, təşkilat nümayəndələri təmsil etdikləri qurumları digər təşkilatlara ətraflı tanıtmaq şansı əldə ediblər.

Məlumat üçün vurğulayaq ki, son gün qala-gecəsində qalib komandalar müəyyən olunaraq kubok və medallar, aktivlik göstərən iştirakçılara isə hədiyyələr təqdim edilib.






DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib