azadses.az » Mədəniyyət » Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirildi - FOTO

Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirildi - FOTO

İyulun 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində növbəti Beynəlxalq Kiber Yay Məktəbinin açılış mərasimi olub.

Bu barədə DTX məlumat yayıb.


2
Ənənəvi olaraq hər il keçirilən tədbirdə DTX-nin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Təhsil Nazirliyinin rəhbər əməkdaşları, respublikanın aparıcı ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və digər aidiyyəti təşkilatların nümayəndələri, həmçinin layihə iştirakçısı olan yeniyetmə və gənclər iştirak ediblər.

İyulun 21-dək davam edəcək, təlimləri yerli və xarici mütəxəssislər tərəfindən aparılacaq yay məktəbinin təşkilində məqsəd kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə sahib yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir.

Öncə tədbir iştirakçıları “Bilgəh” İstirahət mərkəzinin ərazisində nümayiş olunan texnologiya sərgisinə tamaşa ediblər. Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunduqdan sonra ötən il baş tutan “Kiberdüşərgə - 2021” yay məktəbinin ən maraqlı məqamlarını özündə əks etdirən videoçarx göstərilib.

Daha sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, DTX-nin və Təhsil Nazirliyinin rəhbər əməkdaşları, o cümlədən müvafiq xarici təsisatların nümayəndələri çıxışlar edərək sözügedən tədbirin iştirakçılar üçün əhəmiyyətindən, yay məktəbinin yeniyetmələrin kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, proqramlaşdırma, süni intellekt və s. sahələrdə dünyagörüşlərini artırmalarına geniş imkanlar açmasından, kibercinayətkarlığa qarşı mübarizə üçün gənclərin zəruri savad və vərdişlərə yiyələnmələrinin vacibliyindən bəhs ediblər. Builki tədbirə xarici ölkələrdən də yeniyetmələrin qatılması xüsusi vurğulanıb, yay məktəbinin gənclərin intellektual səviyyələrinin yüksəldilməsinə, innovativ düşüncələrinin təkmilləşdirilməsinə və onlar arasında bilik mübadiləsinin aparılmasına önəmli töhfələr verəcəyinə əminlik ifadə olunub.

Açılış mərasiminin sonunda tədbir iştirakçılarına mədəni proqram təqdim edilib.








DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib