azadses.az » Cəmiyyət » Cavid Qurbanov iclas keçirdi, vitse-prezidentlər hesabat verdilər - FOTO

Cavid Qurbanov iclas keçirdi, vitse-prezidentlər hesabat verdilər - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilib.

Toplantıda AVF-nin İdarə Heyətinin üzvləri, federasiya nümayəndələri və milli komandaların məşqçi, menecer və həkim heyəti iştirak ediblər.

İclasda qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, V İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb.

Cavid Qurbanov bildirib ki, voleybol hər zaman ölkəmizdə sevilən idman növlərindən olub. Pandemiyadan sonra bəzi çətinliklərin olmasına baxmayaraq, ölkə çempionatının təşkilini xatırladan federasiya rəhbəri klubların heyətində yer alan oyunçuların əksəriyyətində gənclərin olmasını sevindirici hal kimi qiymətləndirib. O, voleybolu bölgələrimizdə də inkişaf etdirmək, gənc qız və oğlanlar üçün lazımi şərait yaradılması barədə tapşırıqlarını verib.

AVF-nin vitse-prezidentləri – Faiq Qarayev, Cəlil Cəfərov, Əbülfəz Hüseynov və baş katib Fərid Xəlilov görülən işlər haqqında məlumat veriblər. Milli komandaların baş məşqçiləri, həkimlər isə oyunçuların hazırkı durumu və təlim-məşq toplanışlarının necə keçdiyindən danışıblar. Onlar voleybolçular üçün hər cür şəraitin yaradıldığını bildirib və hazırlığın proqramını prezidentə təqdim ediblər.

Qurbanov çıxışları dinlədikdən sonra bildirib ki, idmançı olmaq çox çətin və şərəflidir. Bu gün əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etməkdir:

“Çalışmalıyıq ki, milli komandalarımızla bərabər, gənclərimiz və klublarımız da yaxşı formada olsunlar”.

Bölgələrdə voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımi göstərişlər verilib.






DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Azərbaycanda zəlzələ olub
  3. Bakıda kitabxana yanıb
  4. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  5. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  6. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  7. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  8. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  9. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  10. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib