azadses.az » Cəmiyyət » Milli yığma komandalara baş məşqçilərin təyinatı RƏSMİLƏŞDİ - FOTO

Milli yığma komandalara baş məşqçilərin təyinatı RƏSMİLƏŞDİ - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilirib.

Yığıncaqda 2021/22 mövsümündə Super Liqa, Yüksək Liqa, l liqalarının və ölkə kubokunun yekunu müzakirə olunub. Bunlarla yanaşı, qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, V İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb.

Cavid Qurbanov bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmana da göstərilən dövlət qayğısı sayəsində ölkə idmanı intibah dövrünü yaşayır. Milli komandamızın 9 dəfə Avropa çempionatının final mərhələsində, 4 dəfə dünya çempionatında iştirak etdiyini, klublarımızın Avropa kuboklarındakı uğurlu çıxışlarını xatırladan federasiya prezidenti qarşıya əsas hədəf kimi iştirak ediləcək yarışlarda yüksək nəticə əldə etmək tapşırığı qoyub.

Pandemiyadan sonra bəzi çətinliklərin olmasına baxmayaraq Azərbaycan çempionatının keçirildiyini də qeyd edən Qurbanov bildirib ki, çempionatda iştirak edən oyunçuların demək olar ki, əksəriyyəti gənclər olması sevindirici haldır. O, bildirib ki, paytaxtımızda eləcə də bölgələrdə olan ucaboylu qız və oğlanları voleybola cəlb etmək lazımdır. Buna görədə yanız paytaxtda deyil, rayonlarda məşq edən gənclərlə işləmək lazımdır. Federasiya prezidenti bununla bağlı görüşdə iştirak edən məşqçilərə də tövsiyyələrini verib.
Daha sonra Qurbanov bu gün start götürəcək Avropa çempionatının seçmə oyunlarında mübarizə aparacaq 22 yaşadək oğlan voleybolçularımıza uğurlar arzu edib.

İclasda qadın və kişilərdən ibarət milli yığma komandalara baş məşqçilərin təyinatı rəsmiləşib. İdarə Heyətinin qərarı ilə Eldar Yusubov qadınlardan ibarət milli komandaya, Pərviz Səmədov kişilərdən ibarət milliyə baş məşqçilər təyin olunublar.

Daha sonra yeni təyin olunan baş məşqçilər ilk öncə onlara göstərilən böyük etimada görə AVF rəhbərliyinə təşəkkür edib, milli komandalarımızın qarşıdakı yarışlarda uğurlu çıxışı üçün vacib amillərdən danışıb, təkliflərini veriblər.

Qurbanov məşçiləri dinlədikdən sonra bildirib ki, əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etmək və ölkəmizdə voleybolun yenidən inkişafına nail olmaqdır.
Regionlarda voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımı tapşırıqlar verilib.





DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Azərbaycanda zəlzələ olub
  4. Bakıda kitabxana yanıb
  5. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  6. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  7. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  8. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  9. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  10. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib