azadses.az » Cəmiyyət » Türkanda 15 yaşında uşaq doğan qızı qardaşı döydü, məhkəməlik oldu

Türkanda 15 yaşında uşaq doğan qızı qardaşı döydü, məhkəməlik oldu

Xəzər rayonu Türkan qəsəbəsində film kimi olay yaşanıb. İki il əvvəl 14 yaşlı qız 28 yaşlı qəsəbə sakini ilə qeyri-rəsmi nikaha girib. O, 15 yaşında ana olub və övladını 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) dünyaya gətirib. Hazırda 16 yaşında olan Rəna Quliyeva (ad, soyad şərtidir) bir yaşlı körpəsi ilə anasının evində yaşayır.

Məlumatı Bizim.Media-ya Türkan qəsəbə sakini Səbinə Mürsəlova verib.

Bildirdiyinə görə, bir yaşında körpəsi olmasına baxmayaraq Rəna Quliyeva qəsəbədə yüngül həyat tərzi keçirir. Buna görə qeyri-rəsmi nikaha girdiyi Yalçın Rəna Quliyevanı ata evinə göndərib:

“Rəna Quliyeva yeznəmin bacısıdır. Türkan qəsəbəsində 6 saylı internat məktəbində oxuyurdu. 14 yaşında olanda qəsəbə sakini Yalçınla qaçdı. Yeznəm Vüsal Nəcəfov təsadüfən kişilərlə söhbətdə bacısının yüngül həyat tərzi keçirməsindən xəbər tutub və anasının evinə gedərək qızı döyüb. Ciddi xəsarətlər yetirməyib. Sadəcə bacısı haqda eşitdiyi xoşagəlməz söhbətlərdən təngə gəldiyi üçün çıxış yolunu onu döyməkdə görüb. Döyülən Rəna Quliyeva anası ilə birgə yeznəm barəsində Xəzər Rayon Polis Bölməsinə şikayət ediblər. Polis Bölməsində ifadəsi alınandan sonra buraxılıb. Amma şikayət olduğu üçün haqqında cinayət işi qaldırılacaq. Əslində, yeznəm deyil, 14 yaşında ailə quran və 15 yaşında ana olan Rəna Quliyeva cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bacımın himayəsində üç azyaşlı övladı var və çətin durumda yaşayırlar. Yeznəm niyə həbs olunmalıdır ki?”

Səbinə Mürsəlovanın sözlərinə görə, Rəna Quliyevanın anası azyaşlı qızının əxlaqsızlıq etməsinə göz yumur. Daha doğrusu, özü şərait yaradır:

“Öz oğlundan polisə şikayət edən ana deyir ki, qızım azad yaşamalıdır. Onun yüngül həyat tərzi keçirməsindən narahat deyil. Onu da deyim ki, Rəna Quliyevanın atası çoxdan dünyasını dəyişib”.

Bacısının və yeznəsinin həyatı üçün narahat olduğunu vurğulayan Səbinə Mürsəlova aidiyyəti qurumların azyaşlı qızın ailə qurması və ana olması məsələsinə indiyədək reaksiya verilməməsindən gileylənib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələnin araşdırılacağını bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu