Baş Redaktor Ölkə Rəhbərliyinə Müraciət Ünvanladı: Cənab Prezident Məktublarım Niyə Cavabsız Qalır
- 6-06-2020, 21:09
- Cəmiyyət
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
“Xəbəral.az” informasiya portalının baş redaktoru Mirismayıl Xələfli tərəfindən
Ə R İ Z Ə
Möhtərəm cənab Prezident! Yazıb sizə bildirirəm ki, son zamanlar ölkə mediyasını Əli Hsənovun və KİVDF-nin rəhbəri Vüqar Səfərlinin işlədirkləri dönəmdə vəzifələrindən sui-istifadə edərək jurnalistlərin haqqına girməsi barədə məlumatlar zəbt edib. Üzülərək bildirirəm ki, haqsızlığa uğrayan mediya mənsublarından biri də mənəm. Mən də, dəfələrlə yazılı və şifahi, eyni zamanda mediya vasitəsi ilə jurnalistlərə sizin diqqət və qayğınızın nəticəsi olaraq inşa edilmiş binalardan ev almaq üçün müraciətlər etmişəm. Lakin, çoxsaylı müraciətlərimdən sonra cəmi 1-cə dəfə Əli Həsənov tərəfindən qəbul edildim.
Bu qəbulda da Əli Həsənovun və köməkçisinin mənə söylədikləri yalnız çıxılmaz yollar, dolambaclar olmazlar, mümkünsüzlük oldu. O qədər süni bəhanələr saydılar ki, məndə ümidsizliyə qapılıb geri döndüm və susdum. Hətta bir dəfə bir qrup millət vəkili, ictimai-siyasi xadim, alim, yazar və jurnalistlərdə mənə ev verilməsi barədə Sizə və sizin timsalınızda Əli Həsənov və Vüqar Səfərliyə mənə ev verilməsi barədə müraciət etdilər. Həmin müraciəti olduğu kimi aşağıda qeyd edirəm: “Möhtərəm Prezident İlham Əliyev! Tanınmış jurnalist, “Xəbəral.az” informasiya portalının baş redaktoru Mirismayıl Xələfli haqqında bu müraciət məktubunu Sizə ünvanlayanda jurnalistlərə olan böyük diqqətinizə və dostluğunuza güvənir, xahişimizə etinasız yanaşmayacağınıza ümid bəsləyirik. Nəzərinizə çatdıraq ki, Mirismayıl Xələfli 2004-cü ildən indiyə qədər mediya sahəsində uğurla fəaliyyət göstərməkdədir. Ali təhsillidir. O, fəaliyyəti dövründə daima Azərbaycan respublikasının mənafeyini qorumuş, Ulu Öndər Heydər Əliyevin yolunu izləmiş və Sizin liderliyinizin eyni zamanda siyasi kursunuzun təbliğatçısı olmuşdur.
2014-cü ilə qədər müxtəlif qəzet və saytlarda fəaliyyət göstərən Mirismayıl xələfli, nəhayət özünün fədakarlığı və zəhməti ilə “Xəbəral.az” informasiya portalını yaratmış və orada Baş Redaktor kimi fəaliyyətini indiyə qədər davam etdirmişdir. O, yazılarında və rəhbərlik etdiyi portalın fəaliyyət xəttində daima dövlətçiliyin uğurla müdafiəsində dayanmış, mediya sahəsində milli mentalitetimizin və adət-ənənələrimizin qorunması üçün müstəsna xidmətlər göstərmişdir. Onun hər zaman bir şüarı olmuşdur:
“Mənim bir liderim var. O da, Cənab Ilham Əliyevdir!” Bu mətnlə dəyərli ziyalılarımız mənim çətin durumda yaşamağımı, 2 azyaşlı övladım ilə kirayələrdə yaşadığımı, övladımın birində eşitmə probleminin olduğunu vurğulayaraq, belə acınacaqlı vəziyyətimi nəzərə almağınızı və mənimdə fərdi mənzillə təmin edilməyimi Sizdən xahiş etmişdilər. Ancaq göründüyü kimi, sözügedən şəxslər bütün müraciətlərə etinasız yanaşdılar və mən bu günə kimi evsiz-eşiksiz, keçməkeçli, əziyyətli həyat yaşayıram. Hörmətli cənab Prezident! Yuxarıda göstərdiklərimə əsasən Sizdən xahiş edirəm ki, mənim müraciətimin də diqqətlə araşdırılmasına və mənim də fərdi mənzillə təmin edilməyimə köməklik göstərəsiniz. Əvvəlcədən hörmət və ehtiramımı bildirirəm. Ümid edirəm ki, Respublika Günümüzdə imzaladığım bu müraciətim ünvanına çataraq öz həllini tapacaq.
Hörmətlə Xəbəral.az Saytının Baş Redaktoru Mirismayıl Xələfli