İndiyədək təxliyə olunan azərbaycanlıların sayı açıqlandı
Bu günədək Ukraynadan Azərbaycana 7500 artıq insan təxliyə olunub.
XİN-dən “Azadsəs.az”a verilən məlumata görə, onlardan 3 000-ə yaxını çarter reysləri, 4500-dən çox insan isə avtobuslarla təxliyə edilib.
“Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub.
Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.
Ukraynadakı vəziyyətlə əlaqədar bu bölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın, həmçinin şəxsi imkanları hesabına Azərbaycana geri dönüşü həyata keçirilir”, - XİN-dən bildirilib.