21 Azərbaycan vətəndaşı Ukraynadan Macarıstana daxil olub
Ukraynada yaranmış mövcud vəziyyətlə əldaqədar son iki gündə 21 Azərbaycan vətəndaşı Ukrayna ilə Macarıstan arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstan ərazisinə daxil olub.
Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli “Azadsəs.az”a bildirib ki, həmvətənlərimiz sərhəd-keçid məntəqələrinin olduğu şəhərlərdən paytaxt Budapeştə aparılıb.
İbrahim Səfərli qeyd edib ki, onlar Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində, bu şəhərdə yaşayan həmvətənlərimizin evlərində, eləcə də mehmanxanalarda yerləşdirilib. Diaspor təşkilatlarının nümayəndələri onlarla mütəmadi əlaqə saxlayaraq, ehtiyacları ilə maraqlanırlar.
Qeyd edək ki, sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşları üçün rüsumsuz 15 günlük viza rəsmiləşdirilib və onların yaxın günlərdə Azərbaycana gətirilməsi planlaşdırılır.
Dövlət Komitəsi Ukraynadan Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.
Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89 telefon nömrələri vasitəsilə müraciət etmək olar. Telefon nömrələri 24 saat aktivdir.
Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır.
Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir.